16 Ağustos 2013 Cuma

Əfqanıstan bizim "Borçalı"-dır.

Birdən, görürsən ki, qos-qoca dövlət elə bir addım atır ki, sadəcə onun məntiqini anlamağa heç bir İQ yetmir. Bir anın içində "Azərbaycan Əfqanıstana sərmayə yatırımını genişləndirməyə hazırdır" ifadəsini oxduqdan sonra qavramağa çalışdım. Bir günboyunca bu zehniyyətin yönəldiyi hədəfi analiz etməyə başladım.Olmadı. Demək, nə baş verir? Səfir Daşqın Şikarov deyir ki, azərbaycanlı sərmayədarlar son bel ildə Əfqanıstan iqtisadiyyatına sərmayə yatırıblar: “Beş il əvvəl azərbaycanlı sərmayəçi öz əfqan tərəfdaşı ilə Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırıb.

Biz yaxın gələcəkdə Əfqanıstanın müxtəlif sektorlarına 1-2 milyard dollar sərmayə yatırmağa hazırıq”. Belə,bu yaxin vaxtlarda Borçalıdan Balaxanıya miqrasiya etmiş qohumlarla söhbət edirdim.
Dmanisinin Bağçalar kəndi insansız qalıb.Gürcü nankorluğu Qamsaxurdiyadan bəridir ki, gətirib camaatın boğazına svanlar kimi vəhşiləri bağlayıblar. Elə, investisiya qoyansan buyurub, öz millətinə sahib çıx, iş yeri aç, fabrik tik.yoxsa, 2 milyardı dədənin malı kimi aparıb Əfqanıstana kül edirsən? Maraqlıdır, axı bu ölkədə hansı sahəyə yatırım qoya bilərsən ki?

Hamının bildiyi "yaşıl ot" plantasiyasınamı?
Nə tikə bilrəsən ki, bir anın içində yerdən çıxıb, göydən düşən beli bombalı əfqan mücahidinin hədəfi olmaqda bu qərar nə ?
Çox istərdim, dostlarım,bunun iqtisadi potensialını izah etsin.
 
Misirin qan gölü-Təhrir Misirin paytyaxtında Təhrir adlı bir meydan var. Hələ iki il bundan əvvəl Onun adı günlərlə davam edən xalq mitinqləri başlandığı zaman populyarlaşmağa başladı.Təhrir - o meydan idi ki,Məhəmməd Hüsnü Saidin 30 illik patronajlığını tarixin arxivinə göndərməyə sahiblik etmişdi. Nə üçün Misir də "Ərəb inqilablarının" silsiləsinə adi edilmişdi? Bu suala cavab vermək üçün Niyə Hüsnü Mübarək 30 ildən artıq bir müddətdə Misir kimi düyünlü bir ölkədə hakim qala bilmişdi ? sualını izah etmək lazımdır. Bununsa cavabını hansısa politoloqaların biləcəklərindən çox ABŞ və Rusiyanın(həm də SSRİ) kuluarlarında tapmaq olardı. Və məhz 10 fevral 2011-ci ildə Mübarəkin istefası ilə Təhrir öz missiyasını başa çatdıra bilmişdi.Özünün dikatator idarəçiliyi, ABŞ və İsrailin dostu və Qərbin yaxın tərəfdaşı kimi göstərə bilmiş Mübarək Misri 30 illik sabit rejimdə saxlamaqla hardasa müəyyən iqtisadi inkişafa da nail ola bilmişdi. 30 ilin sonunda onun bütün dostları çoxdan siyasi səhnəyə lojalardan boylanmaqda idi. Demək ki, onun oynadığı oyunun da rolu artıq bitmişdi.Kütlə halındakı ərəb gəncliyini sosial şəbəkələrlə idarə edib, meydanlara tökən xüsusi qüvvələr Misiri Mübarəkin despot rejimindən qoparıb "azad", "demokratiya" vətəninə "çevirmək"
istəyirdilər.Hətta bunun nəticəsi kimi Misir tarixində ilk demokratik seçkilərinin keçirilməsi üçün real şərait yaradıldı.Amma, bu dəfə də Qərb Fələstində olduğu kimi hakimiyyəti islamçılara uduzdu."Müsəlman Qardaşları"nın Misirin yeni tarixini yazmağa başlaması İslam ölkəsinin və ərəb xalqının əsl qələbəsi idi. Mursinin formalaşdırdığı hakimiyyət ilk gündən İslamyönlü, ərəb əməkdaşlığına doğru ciddi addımlamağa başladı.Mübarəkdən fərqli olaraq Mursiyə dağıdılmış infrastruktur,bir də ağıl tarazlığı puzulmuş kütlə eyforiyası miras qalmışdı. İldən artıq davam edən Təhrir epopeyası ədalətin gözünə tərs baxraq yenidən közərməyə başladı. Misirin ən böyük problemi onun əhalisinin qarışıq olması və vahid birliyin olmaması idi. Bu da Mursi əlehdarlarını onun dostlarının gözləri qarşısında Təhrirə axın etməyə sövq etdi. Xarici amillərin və yad antiislam qüvvələrin əli ilə idarə edilən kütlə bu dəfə Mursiyə qarşı yönəldi. Öz seçdiyi hakimiyyəti qorumağa macal tapmayan xalq Mursinin yuxarıdan devrilməsindən sabah xəbər tutdu. Hakmiyyət sırf Qərbyönlü emissiyanın əlində cəmləşdirildi. Bəs nə üçün məhz Misir son iki il ərzində iki dəfə dövlət çevrilişinin yarasını aldı?Birincisi,Mursinin hakimiyyətdə qalması Səudiyyə və Körfəz ölkələrinin xeyrinə deyildi. Onlar Müsəlman qardaşlığı-İhvanın öz ölkələrinə ayaq açmasından əndişəli idilər(Təbii ki, Qərb və ABŞ-da olmaqla); İkincisi, Ərəb baharını ortaya atmaqla devrilmiş hakimiyyətlərə kredit vermək istəyən ABŞ bunu Mursi ilə edə bilmirdi; Üçüncüsü, 10 xarici neft şirkəti Misirdə hələ Mübarəkin zamanında böyük imtiyazlara malik olmaqla işləyirdi. Mursi isə öz şərtlərini diktə edirdi; Dördüncüsü, Mursi demokratiyanın keçici olduğunu, dinin isə daimi hakim olduğunu bəyan etməsi Qərb üçün sərf etmirdi; Mursinin devrilməsi ilə İslamçı qüvvələri hakimiyyətdən kənarlaşdıran liberallar nəyin bahasına olur olsun adminstrasiyanı əldən verməməyə çalışırlar. Elə bundan sonra, xalq nəhayət başa düşdü ki, öz seçdikləri insanın müdafiəsinə qalxmalıdır. Bir ildən sonra, Mübarəkin zamanında olduğu kimi Təhrir yenidən milyona çatan mitinqiylə sarsıldı.Amma, bu dəfə hətta, Mübarəkin etmədiyini edən keçid hakimiyyəti xalqa atəş açdı. Bu günə qədər ordunun öz xalqını qətl etməsi nəticəsində öldürülənlərin sayı 638 nəfərə yüksəlib.Təhrir bu dəfə daha böyük tarix yazmaq ərəfəsindədir. Özü də qan gölü içərisində. Qan gölü isə o qədər böyükdür ki, onun içərisində çoxlarının üzməyinə imkan olacaq.

23 Temmuz 2013 Salı

SƏNİ NECƏ UNUDUM?


Əziz Əlibəyli

Son dəfə uzun fit səsi gəldi. Avtobusun tavanından tutmuş qara pərdələrlə örtülmüş pəncərələrinə kimi gözlərim səyahətə başlamışdı.Qıraqdan baxan olsaydı mütləq bu cür halda görünən insana ən azından yazığı gəlib, köməyini təklif edərdi. Miskin idim, sonsuzluğun alıb apardığı boşluqlara axırdım. Dəqiq bilirdim ki, dalğınlıqdan nəyisə unudub perronun üstündə qoymuşam. Amma, bu zavallı halımın doğurduğu hissiyatsızlıq canımı insafsızcasına sıxırdı.Ani təkandan sonra maşın ağır-ağır tərpənib yola düzəldi.Pəncərələrin gün işığını boğub qaranlıq üçün yuva düzəldən pərdələr canımı sıxdı. Göy qübbəsini görmək, günəşi hiss etmək üçün pərdəni çəkdim, Yeni Avtovağzalın üst keçidini tərk edib, mərkəzi yola varid olurduq. 

Bu ana qədər yuxuda olan adam kimi idim. Amma, yolu gördüm və Bakı, tələbəlikdə keçən 4 il, aclı-şirinli hər nə vardısa arxada qalmağa başlayırdı. Sanki, bunu indi başa düşdüm. Axı, bu getmək, bir də yayın ortasında tələbənin getdiyi tətilə bənzəmirdi. Bu tərk ediş idi. Universitet bitmişdi. Hər şey geridə- Bakıda qaldığını duyunca bayaqdan üzgüncəsinə zorladığım iradəmə qalib gələ bilmədim. Boğazıma qədər yığılıb qalmış hıçqırıq buna bənd imiş kimi başladı. Göz qapaqlarım bir anda bulud topasına çevrildi. İmkansız idi, səsimi çıxarmağa ar edirdim,amma, gözlərim daha sözümə baxmadı.Səssiz ağlamaq nə imiş ? ilk dəfə acizləmişdim, gücsüzləşmişdim. Var gücümün bədənimi tərk etdiyini hiss edirdim. Tərk etmək hissinin-ömürlük itirmək olduğunu anlamışdım. Gözlərimin kiminsə görəcəyindən ehtiyatlanıb, yola tərəf-aynalara çevrildim. 4 il əvvəl arzUlarımın, ümidlərimin qanadında gəldiyim şəhəri 4 il sonra taleyimin günahının səbəbi kimi, Sevdiklərimi əlimdən alan kabus kimi tərk edirdim. Özü də məğlub və başıaşağı, çarəsiz və günahkar kimi tərk edirdim. Geriyə dönməmək üçün.
***
Gecəni həmişə tənha qaldığım üçün sevirəm. Hamı kimi danışıb, gülməyi deyil, bir küncdə saatlarla əyləşib özümlə söhbət etməyi sevirəm. Gecələrin aydınlığında Bakının, Binəqədinin dar küçələrində tək başıma dolanmağı sevirəm. Son vaxtlar daha bir yoldaşım vardı. Uzun illərdən bəri ona ehtiyacım yox idisə, indi bu şirin şeytan qəlbimə yol tapıb, günün 24 saatı cibimə qonaq idi. Siqareti dodaqlarıma qonaq etmişdim, o da daxilimə doğru nüfuz edirdi. Amma, mənim tənəffüs yollarının dərdini çəkəcək problemim yox idi. Mənim ən böyük çətinliyim ürəyimin didilib-parçalanması idi.Qərarımı vermək üçün çalışıdım. 4 ildə yaşadıqlarımın son dəfə hesabını verməli idim. İki dost -Damağıma tüstüsü ilə qərar tutmuş siqaret və mən uzun zaman söhbət etdik.Başdan başladıq. Mən danışdım , o qulaq asdı. Düz iyirmi dəfə növbəsii dəyişdi. Mənim hekayətimin şahidi olmaq üçün . Sonda razılaşdıq.Bakıdan gedəcəkdik.
***
İkinci zəngdən sonra dəhlizdə tələbə əlindən tərpənmək mümkün olmadı. Başım qarışdığından dərsin başladığını da unutmuşdum. Qapını döyüb içəri keçdim.Ədəbiyyatdan dərs keçən sısqa, qoca bir professor eynəyini burnuna qədər endirdi. Başını yellədi, Keçib əyləşmək üçün boş parta axtardım. İkinci partanın arxasında bir qız tək əyləşmişdi. İcazə alıb yanında əyləşdim. Dərs ölgün keçirdi. Birtəhər, yarıyuxulu vəziyyətdə mühazirəni dinləyə bildim.Növbəti günlər də bu cür gəlib-keçirdi. Yenə də ikinci partada əyləşirdim. Amma, daha maraqsız və üzücü deyildi. Hər günü böyük sevinclə qarşılayırdım. Çünki, yanımda əyləşən, iki ay boyunca parta yoldaşım olan Nərgizi gizli-gizli süzmüşdüm. Baxışlarımın altında əzilən bu gənc qızın xəyallarımda yaratdığım obrazla eyniliyi çox idi. Zarafat-zarafat ciddiliyimi anlamağa başladığımda qəti qərar verəcəyimi düşündüm. Onun qəlbinə yol tapmaq üçün ən sadə üsulardan istifadə etməyə başlamışdım.Son dərsin mövzusu ədəbiyyatda məhəbbət şeirləri idi. Seminar müəlliminin gəlişini səbirsiliklə gözləyirdim. Bu gün bu dərs Nərgiz üçün bəslədiyim sevginin paradı olmalı idi. İki -üç nəfərdən sonra, ayağa qalxıb qabağa gəldim. Mövzu haqda qısaca danışdım. Əlim əsə-əsə kitabı kənara qoyub, partadan yarıqatlanmış dəftəri götürdüm. Üzümü Nərgizə tərəf çevirdim:

Ümidlər yolunda xəzana döndü
Bir bahar həsrəti yaşadı ömür.
Gəncliyim zamanın gözünde söndü,
Hər baxan üzümdə hicranı görür
Bu həyat eşqi də uzaqdı məndən
Göyərçin əllərin uçub əlimdən.
Sən çiçək ömrüsən, qəm çağınam mən 
Bir ötən payizda yarpağınam mən ,
Xəyalın peşmanlı geriyə dönsə .
Onda duyacaqsan torpağınam mən 
Ruhuma köçərsən sınıq ürəkdən 
Göyərçin əllərin uçub əlimdən.

Gözlərimi ayırmadan asta-asta gözlərinin içərisinə söylədiyim şeirdən sonra müəllimqarşıq hamıda təəccüb yaranmışdı. Onun isə yanaqları qızarmışdı. Utandığından başını aşağı dikmişdi.
Çox sonralar, ikimizin ulduzumuz barışanda o bunu mənə tez-tez deyərdi ki, sən mənə sevdiyini deməsəydin mən özüm bunu sənə etiraf edəcəkdim.
Düz 4 il, bu qurupun yaraşığı və sevgi simvolu olduq.Amma, hər şeyin bir sonu vardı. Qərarıməz bu idi ki, tələbəliyimizi başa vuraq, nişanlanaq, bir neçə il sonra isə evlənədik. Çünki, maddi durumum normal deyildi. Şəhərdə yaşamaq üçün kənddə qoyub gəldiyim hər şeydən imtina etməli idim. Bakıda işə düzəlməli, pul qzanamalı, ev tikməli idim, Sonra da evlənməli idik. Bu cür qərarımız vardı. O da söz vermişdi, son ana kimi gözləyəcəyinə əhd etmişdi. 4-cü kursu başa vururuduq. May ayından sonra Nərgizdə birdən -birə dəyişkliklər əmələ gəlməyə başladı. Məndən qaçırdı, bacardıqca az danışırdı,suallarıma cavab verməyə can atmırdı. Ən çox da gözlərini gizlədirdi ki, orda saxladığı məqsədini bəlli etməsin. Ürəyimdə pis fikirlərin cərəyan etməsinə səbəb olmuşdu. Qəti danışmaq üçün görüş təyin etdim. Sahil parkının ortasında fəvvarəli fontanın ətrafında dövrə vururdum. Nəhayət, gəldi. Yenə də gizli mənalar gizlətdiyi gözündən qəmginliyi oxunurdu.
-Nə etmək fikrindəsən?- dedim.
- Gəldim, vidalaşaq.
Onun durumundan bu deməmiş də aydın idi. Zərbəni qəbul edə bildim. Vəziyyətimi pozmadım.
-Axı, söz...
sözmü kəsdi:
-İndi evlənməliyik, bunu sən bacarmayacaqsan. Ona görə bu qərardan imtina edirəm.
-Niyə?
Uzun-uzadı danışdı. Onun atası hələ körpə ikən qəzada həyatdan getmişdi. Uzun illər onu saxlayan anasının isə qərarı qızını qardaşı oğluna almaq idi.
Nərgiz anasının sözünü çevirmək stəmədiyin bəhanə edirdi.
-hanı evin,işin? hanı şəraitin? axı mən anama necə başa sala bilərəm ki, mən səni gözləməliyəm.Onun ümidlərini qırmağa haqqım yoxdur.
Bayaqdan təmkinimi pozmadan, rahat və soyuqanlı şəkildə söhbəti davam etdirirdim.Bu cür sözlərdən sonra isə, dibinə balta dəymiş ağac kimi çökdüm, zərbəni bu dəfə qəbul edə bilməmişdim. Nə qədər çalışdım, Sözlərimi rabitəyə yığa bilmədim. Susdum, heç bir vəchlə danışa bilmədim. Doğrumu idi, yanlışmı idi? qurmaq istədiyim ev özülündəcə çökmüşdü. O, cavab gözləyirdi. Daha dayanmağa güücm olmadığı üçün ona üzümü çevirib Axundov kitabxanasına tərəf addımlamağa başladım. Geriyə baxmaq belə istəmirdim. Orda tərk edilən və tərk edən arasında tərəddüddə dayana həyat vardı. Getdim, piyada 28 may metrosunun yanına kimi gəldim.Metronun sürahisinə söykəndim , Özümə gəlmişdim,reallıq hissi soyuq duş kimi idi. Hər şey beləcə bir anın içində bitmişdi.
***
İmtahanlarda uzaqdan görürdük.Nə mən, nə də o, yaxınlaşmağa cürət etmədik.Düz sonuncu imtahan gününə kimi. Foyedə hamı bir-biri ilə qucaqlaşır, görüşür, vidalaşırdı. 4 illik bir ailənin ögey övladları idik. Hamıyla görüşüb, sonda Nərgizə yaxınlaşdım. Əslində söz sözlərimi daha məbtiqli və mənalı ünvanlamaq üçün belə etmişdim.
-Xoşbəxt olasan.
-Sən sən də.
Kövrəldi, ələrimi tutdu. Titrəyirdi.
-Bağışla.
Söhbətimiz bitmişdi.
Oğlan tələbələr birlikdə son dəfə şəhərə çıxdıq. Bütün günü şəhəri son dəfəlik həsrətlə gəzdik.
Binəqədinin dar küçələrini də sonuncu dəfə gəzmək üçün çıxdım.
Yolum hiss edilmədən dəmir yolu körpüsünü yanında ucalan 9 mərtəbəli binaya rast oldu. Başımı qaldıranda özümü itirdim. Onların yaşadığı bianın qabağında idim. Geri dönmək üçün yoldakı keçidə qədər gerilədim. Amma qayıda bilmədim .Onu sonuncu dəfə görmək ehtirasını boğa bilmədim. Barmaqlarım telefonun nömrələrini yığdı.
Çağırış səsinin ardından imtina səsi eşidildi.Yenə də israr etdim.
mesaj qutusundan iki söz göndərdim: "Çıx pəncərəyə".
Üçüncü mərtəbənin həyətə baxan pəncərəsinin çəhrəyı pərdəsi qismən tərpəndi.Taxta pəncərə aralandı. Yarsı cırılmış vərəq parçası havada qövs cızaraq asfalta düşdü.Yüyürdüm, Cəld, böyük həyəcanla yerdən qaldırdım.Cəmi bir söz yazılmşdı.Dünya boyda sevgiyə, məhəbbətə son qoyan bir söz -"Ə L V İ D A"!

21 Temmuz 2013 Pazar

19 Temmuz 2013 Cuma

Oyuna girmə, Türkiyə!
12.05.2013 14:06
AA
Terror Türkyəni silkələmədi, eyni zamanda AKP siyasətinin atacağı addımları müəyənləşdirmək yolunda ciddi siqnal oldu. Nəticə dəhşətlidir: 100 nəfərdən artıq yaralını və 45 nəfərdən artıq ölü...

Reyhanlı terroru (HATAY) AKP iqtidarının PKK-nın çəkilməsi siyasətini kökündən baltaladı. Hisslərə qapılsaq, deyərdik ki, Türkiyə bunu da adlada biləcək. Amma, bir sıra şübhəli məqamlar əsl mahiyyətin ortaya çıxmasına yardım edə bilər. İlk olaraq, ona diqqət yetirək ki, AKP -Ərdoğan hakimiyyəti PKK -nın bölgədən çəkilməsi və kürd problemini iqtisadi maraqlar naminə ciddi şəkildə həll etmə yolunda idi. Artıq, çəkilmə prosesi də başlanmışdı. Amma, qəfil Hatayda törədilən bu terrorda Suriya yönlü "Əl- Müharebat" terror təşkilatının adının çəkilməsi regionda daha böyük oyunların getməsindən xəbər verdi.

Putinin "Suriya savaşı Moskva küçələrinə çatsa belə, Əsədi əldən verməyəcəyəm" bəyanatı illərdi ki, Suriyada hakimiyyəti devirməyə çalışan ABŞ-Türkiyə-İsrail üçbucağına zərbə vurdu. Əsəd bu gün üçün Suriyada əvvəlki günlərdən daha çox güclü və qələbəyə yaxındır. Bax, belə bir zamanda Suriya ilə sərhəd Reyhanlı qəsəbəsində dəhşəli terror aktının baş verməsi Putin və Əsəd önündə onun əlehdarlarının bir addım önə çıxmasına hesablanmış kimi görünür. Bunun presedentinin artıq ABŞ-da 11 sentyabr olduğunu demək mümkündür. "Əl müharebat" təşkilatı bu terroru törədib. Türkiyə bunu sübut edəcəyi təqdirdə hansı addımları atacaq? Bu sualın cavabını Əhməd Davudoğlunun hadisə ilə bağlı açıqlamasında axtarmaq olar: "Partlayışlardan sonra Türkiyə istənilən cavab tədbirini özündə saxlayır ". Bunun ardınca türk düşmənçiliyi ilə tanınan NATO baş katibi Rasmussen Türkiyəyə lazım olan "dəstəyi" verəcəklərini bildirdi...

Beləcə, Türkiyə Suriyanın daxili münaqişəsinə addım-addım yaxınlaşmaqdadır. Elə davranmaq lazımdır ki, Putinin dediyi savaş İstanbul küçələrini sarmasın...

Əziz
Bəşəriyyəti gülümsədən qadın, gülməzsə...
Cəmiyyət / Tarix 16 / 04 / 2013 Saat 10:33 
18px16px14px12px

Əziz Əlibəyli

Son günlər rast gəldiyim, ürəyimi sıxan və bütün həftəboyu sıxıntılarımla məni baş-başa qoyan mövzu qadınlardır. Axtardığım məlumatlar içində ağıllı -başlı, qiymət verilən yazı tapa bilmədim. Əsl Azərbaycan qadını deyilən qara qaş-qara göz, namuslu və sadiq qadından əsər-əlamət tapa bilmədim. Qərara gəldim ki, yaxşı nə görmüşəmsə, onu qələmə alım.

Ermənilərlə sonuncu post Çətindərənin (Gədəbəy ərazisində yaylaq) Palıdlı yaylağında idi. Buradan dağı o biri üzə aşanda 5-6 km-dən sonra qədim Göyçə gölü görünür.1992-ci ildə burada ilk dəfə milli ordunun könüllülərindən ibarət müdafiə istehkamı yaradıldı. Müharibənin qızğın vaxtında ətraf yaylaqların hamısı insanlarla dolu idi. Əgər o zaman düşmən bu postu alıb aşağı düşə bilsəydi, minlərlə həmyerlimizi əsir ala bilərdi. Elə o zamanlar, balaca vaxtım olsa da, yaylaqda baş verən bir hadisəni heç vaxt unutmadım. Günortaya yaxın dağın üstündə dəhşətli gurultu eşidildi. Hərbi vertolyot çardaqların üstünə gəlirdi. Postqarışıq-əsgər, camaat hamısı üzüaşağı qaçmağa başladı. Bu an Tutnaz bibim əlində ləyən çardaqdan çıxdı "a bala, nooluf"? 
-"Erməni gəldi, qaçın", deyə, əlində avtomat olan əsgər bağırdı.

Arvad bir sağa baxdı, bir sola baxdı, tərəddüd etmədən süpürüb avtomatı əsgərin əlindən aldı.
Bağırdı:
"Hara qaçırsınız, hanı erməni, ay biqıryatddar"? 
Gözləri hədəqəsindən çıxmışdı. Avtomatı çevirdi, əlini çaxmağa yaxınlaşdırdı, sandığı yoxladı və başının üstündə bərabərləşən vertolyota tuşladı. Ani çaşqınlıqdan hamı yerində donmuşdu, qaçanlar da ayaqlarını saxlayıb sanki, möcüzə baş verəcək kimi gözləyirdilər. Vertolyot yaylağın üstündən keçirdi, quyruğuna yarıparçalanmış başqa bir helikopter bənd edilmişdi. Ötüb keçdi. Xəcalətdən qızarmış əsgərlər iki-iki, üç-üç toplaşmağa başlamışdılar. Komandir kirimişcə, əsə-əsə yaxınlaşdı, diz çöküb, bibimin əllərini öpdü və birbaşa posta qalxmaq əmri verdi.

Gözlərimin önündə baş verən bu hadisəni heç vaxt unuda bilmirəm.
Bu Azərbaycan qadını idi, igidliyi və qorxmazlığı ilə bütün kişiləri utandırmışdı.
Azərbaycanlı xanımı, qızı heç zaman pis, əxlaqsız tərəfləri ilə tanınmamışdı. Ailəsinə, ərinə xəyanət etməmişdi. Nə dəyişdi? Hansı yağışlar yağdı, hansı yellər əsdi? Bu gün qadınların timsalında eyş-işrət, fahişəlik, əyləncə vasitəsinə çevirib, seks simvolu edib, hörmətsiz "itə tök" gününə qoymaq nə idi?

Bu millətin qadınlarının yoldan çıxması kişilərinin daha funksional olaraq bir işə yaramadığının göstəricisi olmaq deyilmi?
Ailə sistemini içindən deqredasiya etməsi, qadının uşaq, ər sevgisinin səadətindən uzaq Dubay, İstanbul barlarını gəzməsi və hətta uzaq Hindistanda seks köləsinə çevrilməsi daha nələr...Bu qədər qadın hörmətsizliyinin, bəkarətsizliyinin tüğyan etdiyi bir zamanda yaxşıları itməyə, görməzdən gəlməyə nə haqqımız var??

Yaxşı qadınlar bu millətin sərvətidir. Odur o, sərvətlərdən biri 28 may metrosunu yanında biradamlıq, dar otaqda, təkbaşına qızı ilə yaşayan, ayaqlarından məhrum olmuş, Allhın ümidinə tərk edilmiş varlıq. Ana, ana deyirik, pafosun biri iki qəpik, baxan varmı?? Ayaqlarından əməliyyat olunmalıdır. Tutu Cumayeva Qarabağ qazisidir. Onun haqda başladılan yardım kampaniyasına Türkiyədən belə səs gəlir. Amma bizim səsi gələcək yerlərdən hələ heç hənirti gəlmir.

Azərbaycan qadını bizim namusumuz, qeyrətimiz və sərvətimizdir. Ailəmizdə böyüyən oğlumuzun, qızımızın, qocalıb, köməyə möhtac olan ata-analarımızın dayağıdır. Gəlin, onları qoruyaq, qoruyaq ki, onlar da bizi gələcək zamanlara biz olaraq apara bilsin.

Kütlələr inqilab etmir

Dərc edilib: 11-03-2013 05:46
 
 Əziz Əlibəyli
 azizalibeyli@rambler.ru




Kütlələr inqilab etmir, onlar yalnız hansısa xarici maraqların ifadə alətinə çevrilirlər.İndiyə kimi nə qədər inqilab baş veribsə heç biri xalqın göstərdiyi xüsusi səy və təşkilati bacarığından irəli gəlməyib.Çünki, ilk olaraq, kütlənin əsl başıpozuq və xaosa yönəlik aktları barbarlıq və xüsusi linçlərlə nəticələnib.Kütlə məhfumunun professional komentariyasını verən Qustav Le bon psixoloji olaraq onun instiktlə hərəkət etdiyini bildirir. Hər zaman siyasətdə "Xalq", "millət" anlayışlarını gen-bol istifadə edənlərdən heç biri ona lazım olan dəyəri verməklə deyil, o dəyərin kölgəsindən sui -istifadə etməklə yararlanırlar.Xalq inqilab etmir. Siyasi mətbuatın leksikonundan düşmür "ərəb xalqı inqilab etdi". Daha doğrusu,"ərəb xalqı inqilab missiyasını yerinə yetirdi" frazasıdır.Çünki,maraqlı arqumentlər var ki, cavablandırmaq çətin olur. xalq inqilab edirsə nədən Ben Əli 23 il, Qəddafi 42 il, Mübarək 31 il və Əsədlər 40 ildən artıq köhnədənqalma idarə sistemləri ilə yaşaya bildilər.Şəraitmi yetişməmişdi, yoxsa xalq o zaman diktatordan razı idi? Əslində, müasir dünyanın kiçik dövlətlət üçün diktə etdiyi bir sıra qanunlar var. Ən əhəmiyətlisi də odur ki, xarici AS-ın dəstəkləmədiyi subyekt maraq obyekti ola bilmir.Bir fakta da diqqət çəkək.2000-ci illərdə "rəngli " inqilablar meydana çıxmağa başladı.
Serbiyada (2000-ci ilin "buldozer” inqilabı), Gürcüstanda (2003-cü ilin "qızılgül inqilabı”), Ukraynada (2004-cü ilin "narıncı inqilabı”), Qırğızıstanda (2005-ci ilin "lalələr inqilabı”), son iki ildə isə Tunis, Liviya, Misir kimi bəzi Ərəb Şərqi ölkələrində də inqilablar güllərlə qeyd edilməyə başladı. Rənglərin, güllərin , bir sözlə postmodernist və qeyri-ənənvi inqilab metodlarının təklifi və tətbiqi stolları üstündəki dibçəklərədə gül saxlayıb rayihəsini dərən Qərb QHT və fondlarının işi idi.Qanında diktatorluq olan birisini müəyyən rüşvət, oyuncaq və vassal statusunda hakimiyyətə oturdaraq onun, hətta 40 il öz xalqına qənim kəsilməsinə kömək edən qərb yazıqlar ki, hələ də demokratya beşiyi olaraq qalmaqdadır.
Qərb fondlarının maliyyəsinin asılılığında olan sosila şəbəkələr isə bu yolda ən əlverişli və asan və operativ vasitədir.
Müasir dünyanın qanunları belədir.Əgər qonşuluğunda güclü dövlət yoxdursa, hardasa özünü sığortalamış olacaqsan.
(təbii ki, bu bir o qədər də real deyil,sadəcə bir üstünlüyü var ki, zərbəni birbaşa deyil, ötəri olaraq qəbul edirsən)..Əks təqdirdə, hansısa güc mərkəzinin brirbaşa-hətta strateji marağına düşmüsənsə ölkədə bir adamın nəinki, 40 il, hətta bütün nəslinin hakimiyyətə davam etməsi, ən pis halda krallıq kimi simvolik də olsa amirliyi qala biləcəkdir.Yetər ki, xarici qüvvənin maraqlarını -strateji, enerji və s. qulcasına yerinə yetirəsən. Əgər oyuncaq öz maraqlarının müdafiəsinə qalxarsa və sərvətlərini özü mənimsəməyə başlayacaqsa o zaman "xalq" anlayışı, insan haqları, demokratiya dirlir və xalq vasitə kimi öz diktator hakimiyyətinə qarşı qoyulur. Yeni liderlər ortaya çıxır.Xalq öz seçdiyi insanın hakimiyyətdə əyləşdiyinə və ən nəhayət qələbə çaldığına özünü inandırır. Hər şey yenidən başlayır. bu dəfə başqa adamların ifasında köhnə ssenarinin davamı...Ona görə də Qustav Le Bon deyirdi "Xalq yoxdur, kütlə var, o isə heç vaxt rasional ola bilmir. onun mahiyyəti irrasionallıqdır"
Bayraq - Dövlətin əsas atributlarından biri! Bayraq – qürur mənbəyimiz!..  

...Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıb. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanır. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edir:
- Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik.
- Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alır. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar.
Bu, Qarabağ müharibəsi zamanı tarixə düşmüş həqiqətlərdəndir.
***
Azərbaycan bayrağı ilə ayaqqabısını silən Qurgen Markaryanı cəzalandırmış Ramil Səfərov nümunəsi də var ortada.  Hə, bayraq həm də namusumuz-qeyrətimizdir... 
***
 Fəqət bunun fərqinə varmayıb da bayrağı sadəcə rəngli parçalardan yaradılmış kompozisiya hesab edənlərimiz də var nə yazıq ki! Belə yazıqlardan biri də xalq artisti adı daşıyan Aygün Kazımovadır.  Bu adamın Azərbaycan bayrağına  sayğısızlığı özünə sərhəd tanımır. Aygün Kazımova bayrağımızı mini yubkaya,  yarıçimərlik paltarına çevirib.  Bayraq dövlət idarələrinin üzərində dalğalanır, Aygün.  Şəhid tabutları bayrağa bürünür.  Onu əyləncə paltarına çevirməzlər .  Azərbaycan insanının qürur və güvənc yeridir o.  Qan tökmüşük bayrağın uğrunda, başa düşürsənmi bunu, Aygün?  
Əziz Əlibəyli
Əziz Əlibəyli
Yenə, konfranslar, yürüşlər və Xocalı adının ətrafında piar quranların bolluğu... Noolsun, biz yenə də Xocalıda deyilik...  
Bakının ortasında tikilən abidəyə gül qoymaqla Xocalı qayıdası deyil.  Biz burdan-bura öz işimizi görməyə can çəkiriksə, Ankarada Xocalı tədbirinə kürd və kommunistlərin (belə adlandırıldı) quldurcasına basqınını da anlamaq mümkündür. Azərbaycanda silsilə tədbirlər, ziyarətlər, çələngqoymaların fonunda Ermənistanda Xocalı "qəhrəmanları" hakimiyyətdədir. Heç deyən olmadı ki, niyə indiyə qədər müharibə canilərini, Qarabağda bəşəriyyət əleyhinə cinayətlərdən biri olan soyqırımı törədənlər beynəlxalq cinayət məhkəməsinə verilməyib? Sübutmu yox idi, yoxsa Qarabağda hərbi beynəlxalq tribunal yaratmaq Tokio, Ruanda tribunallarından çətin idi? Soyqırımı tanıtmaq və isbat etmək üçün beynəlxalq məhkəmənin olduğu bir zamanda biz hələ də ədalət axtarışını xarici ölkələrin parlament kuluarlarında axtarmaqdayıq. Çünki, konsepsiyamızda ciddi nöqsanlar var. Biz Azərbaycanın təbliği üçün "Atletiko Madrid" futbol klubuna milyonlarla xərc çəkdiyimiz bir zamanda ermənilər həmin məbləğə "erməni soyqırımı" haqda film çəkirlər.
21 il sonra biz hələ də ədalət və sülh axtarışındayıq. 21 il sonra biz Avropa Şurasının qərarları ilə toxtaqlıq tapmaqdayıq.  21 il sonra biz hələ də qan ağlayırıq...
Mən xocalı deyiləm. Mən Xocalıdan da deyiləm. Mən Xocasızam.  Hə, elə ona görə də  21 ildir Xocalı deyib köks ötürürəm. Siz Allah, mənə ağlamamağı öyrədin.  Mənin xocam yoxdur!
Gürcüstanda baş nazir Bdzina İvanaşvilinin hakimiyyətə gəlməsinin 100 günlüyü oldu. Mövzuya keçməmişdən əvvəl burda Çerçillin məşhur sözünü qeyd etmək yerinə düşər: “Demokratiya yaxşı quruluş deyil, amma bəşər tarixi hələ lap yaxşısını tapmayıb".
Bu ifadə hardan yadıma düşdü deyim. Neçə il idi ki, burnumuzun ucunda Mişanın çiçəkləndirdiyi gürcü demokratiyasına baxıb köks ötürüdüyümüz az olmamışdı. Amma bu gürcü xalqı da deyirəm əcəb də xalqmış eee! O boyda adam ruşvətin, korupsiyanın kökünü kəsməklə, çaxırdan içib dünyaya sərxoş gözlərlə baxan "alkaş gürcü" mifini darmadağın etdi. Ən əsası ölkədə ciddi ierarxiya yarada bildi. Amma demokratiya ona görə pis quruluşdur ki, dünyanın gözü qarşısında Mişa imperializm aşiqlərinin xidmətçisi, daha doğrusu onun yalançı vədləri qarşısnda duruş gətirə bilmədi. Əlbəttə, qınaya bilərsiniz ki, hələ indidən qəti qənaət ortraya qoyuram.  Amma dağ göründüyü halda bələdçiyə ehtiyac olmadığı kimi, Gürcüstanda nə baş verdiyini görmək üçün də böyüdücü şüşələrdən istifadə etmyə gərək yoxdur.
Adam ABŞ deyə-deyə Rus qubernatoruna dönüb. Ona görə də durub desək ki, “Gürcülər qədirbilməz millətdir”, yanlışımız olmayacaq. Günlərlə növbədə durub, yolda "QAİ"-yə pul verib, universitetdə rüşvət alıb, cibkəsənliklə, oğurluqla keçən günlər üçün darıxmaq da varmış, gürcü qardaşlarımızda. Elə buna görə də Avropada gül kimi işini-gücünü atıb gəlib Gürcüstanda demokratiya quran Mişaya xilaf çıxdılar. Elə bildilər ki,  90-cı illərin Rusiyasında mafioz təfəkkürü ilə pul ələ keçirən Bdzina öz sərvətini xalqla böləcək. Olmadı! İvnaşvili hələ baş nazirliyinin 100 günlüyünü keçirir. Artıq Gürcüstan Şevardnadze zamanına bənzəməkdədir. Bahalıq, rüşvət, məmur özbaşnalığı... 100 günün görüntüləri! Bəs siz nə qazanmısınız gürcü xalqı, kasıbçılıq demokratiyaya üstünmü gəldi?  Başqa ölkələrin 70 ilə keçdiyi yolu 10 ilə keçməyi bacaran xalq,  gərək eyni sürətlə də gerimi qayidaydı? Daha gecdir, nə qədər "İzvini, Mişa" desəniz də boyunduruq bir dəfə keçər, bicolar! Qatarınız gedib,  heç olmasa artıq özünü müxalifətə hazırlamış Saakaşvilini qoruyun. Sadəcə, bir neçə 100 gün də dözün! Yəqin ki, bu üç ayda davranışları,  siyasi səbatsızlığı və "erməni qardaşlığı" ilə tanınan İvanaşviliyə bir də zaman tanımayacaqsınız. Saakaşvili gürcü tarixidir, dövlətçiliyidir. Qafqaz demokratiyasının simvoludur. Yoxsa, gündə bir söz verib, təkzib edən insanla uzağı Rusiya bazarlarına qədər getmək olar... 
Əziz Əibəyli

Müstəqilliyimizi tanıyan ilk dövlət – Türkiyə! Azərbaycana qardaş ölkə - Türkiyə! Dar günümüzdə kömək uma bilcəyimiz yeganə məmləkət – Türkiyə!  Bu nidaların sırası uzun da ola bilərdi və biz bunu çox arzulayırdıq...  Fəqət RəcəbTayyib Ərdoğan imkan vermədi...
Sovetlər imperiyası dağılandan sonra türk ölkələrində - xüsusilə də Azərbaycanda türkçülük ideyası geniş vüsət aldı və bu, türk ölkələrində ümumiləşərək vahid Turan dövlətinin yaradılması anlamına gəlməyə başladı. Təbii ki, bu ideyanın avanqardı və ilhamvericisi Türkiyə idi. Amma,Türk dövlətlərində yenidən keçmiş KQB işçiləri hakimiyyətə gəlməklə bu ideyanın gündəmdən düşməsinə nail oldular.Türkiyədə isə 2003 -cü ildə uzun sürən koalisiyon hökümətlərdən cana doyan xalq AKP-yə -  Ərdoğana səs verdi. Bununla da Türkiyə Atatürkün göstərdiyi yoldan uzaqlaşmağa başladı. Ədalət və İnkişaf Partiyası yeni dövrün Türkiyəsini Fətullah Gülənin ideyalarına,  Amerikadan gələn "yumşaq islamçılıq" xəttinə uyğunlaşdırmaq yolunu seçdi. 
Durum göz önündədir - Türkiyədə cəmiyyətin millətçi kəsimi böhran dövrünü yaşayır. Ərdoğan türk millətçiliyinin qarantı olan ordunu da "balyoz " əməliyyatları ilə içindən zəiflətdi . Beləcə çağdaş dünya siyasətinin böyük natiqi və siyasətçisi Rəcəb Tayyib Ərdoğan dövlətin sükanını hiss olunmadan Şərqə - Ərəb dünyasına döndərdi.
Müqayisə etsək, Azərbaycan Türkiyədən daha türkçü dövlət halına gəlib. Bəs Ərdoğan iqtidarı niyə üzünü Türk dünyasından ərəb aləminə çevirdi?  Ərdoğanın milli mənsubiyyətinə toxunmadan qeyd edək ki, bunun bir neçə sadə səbəbi ola bilər. Birincisi, türk ölkələrində mövcud olan rus marağı və təsir rıçaqlarının möhkəmliyidir . Digər səbəb isə ərəb-neft ölkələrinin islam bankçılığıdır desək, reallıqdan kənar çıxmış olmarıq. Təsəvvür edin ki, bu gün Türkiyəni ayaqda saxlayan və onun iqtisadi inkişafına səbəb olan məhz bu amildir.  
Ümumiyyətlə, Ərdoğanın yürütdüyü siyasəti təhlil edəndə, istər-istəməz Mixail Qorbaçov göz önünə gəlir. Türkiyə baş nazirinin siyasətində "perestroyka" ya bənzər bənzər "açılımlara" rast gəlinir.
40 min türkü qətlə yetirmiş Öcalan əfv edilmək üzrədir… Ərdoğan PKK terrorçularına quçaq açmağa hazır vəziyyətdə görünür.  Nə qədər təəssüfləndirici olsa da Türkiyə parçalanmaya və ya ən azı federativ quruluşa çüvrilməyə doğru istiqamət götürüb.
Davosdakı məşhur "one minute" oynu ilə ərəb krallarının qəlbinə və cibinə yol tapan Ərdoğanın, bəzi ərəb ölkələrinin  İncirlikdəki İsrail hərbi bazasından vurulmasına da göz yumması qəribə deyil. 2009-cü ildə Ermənistanla əməkdaşlıq haqda memorandum imzalayan da Ərdoğan hökuməti oldu. Əvəzini isə Bakıya gəlib Milli Məclisdə şeir deməklə ödədilər…
Türkiyəlilər Anadolu ruhu və osmanlı hökmranlığı  ilə qürur duyan toplumdur. "Balığı sudan çıxararsansa, yaşamaz". Türk xalqının da nə Avropada, nə də Ərəb dünyasında yeri var. Onun gələcəyi, elə türk dünyasının düzəninə bağlı olmalıdır.
Əziz Əlibəyli

Dövrümüzdə demək olar ki, dünyanın bütün ölkələrində qanunverici orqan mövcuddur.
Hər ölkədə müxtəlif anlayışlarla ifadə edilsə də ümumilikdə parlament adlanan orqan hüquqi dövlətin atributu olaraq hakimiyyət bölgüsünün əsasını təşkil edir. Parlament tarixi, elə insan sivilizasiyasının yaşı qədərdir, desək yanılmarıq. İbtidai icmadan bəri, tayfa rəislərinin yanında-ağsaqqallar şurası, quldarlıq quruluşunda -xalq yığıncaqları, feodalizm dövründə isə parlamentalizm yaranmağa başladı. Hələ, X əsrdən etibarən Avropada artıq hakimiyyətin bölünməsi ideyasına uyğun olaraq parlament anlayışı mütləq olaraq qərarlaşdı. Artıq yaşadığımız XXI əsrdə formal da olsa demokratiyası olan dövlətlərin hamısının parlamenti mövcuddur.
Parlamentariz ənənəsi qədim olan dövlətlərdə siyasi mədəniyyət bütün mənası ilə qərarlaşıb. Cəmiyyətdə baş verən hadisələrə tez reaksiya verməklə, siyasi mübarizələrin ən son həddini müəyyənləşdirməklə mühüm rol oynayır. Amma son vaxtlar əksər ölkələrin parlamentləri daha çox əlbəyaxa döyüşlərlə gündəmə gəlməkdədir. İki müxtəlif görüşə və maraqlara sahib olan siyasi qüvvələrin müzakirəsinin bu variantda davam etdirilməsi ürəkaçan olmasa da bu, adi hala çevrilir. Araşdırmamıza görə, parlament "müharibələri"nin bir neçə səbəbi mövcuddur. Siyasi ehtiraslarını cilovlaya bilməyən siyasətçilər, əksər hallarda arqumentlərinin zəfliyi ucbatından əlbəyaxa davaya keçirlər. Məsələn, dünyanın ən davalı parlamenti olan Ukrayna Ali Radası hər sessiyada bir neçə deputatın xəsarət alması ilə yadda qalır. Gürcu məclisində isə son zamanlar Saakaşvili və İvanaşvili tərəfdarları arasınada da bu cür hallar baş verir.
“Mübarizə meydanlarından” biri də İran ali məclisidir. Bizim Milli Məclisdə də 90-cı illərdən sonra bu cür hadisələrə rast gəlinib. Ən son nümunə 2007-ci ildə Fəzail Ağamalı ilə Huseyn Abdullayevin yumruqlaşmasıdır. Ümimiyyətlə, parlament davalarının ən çox baş veridiyi ölkələr Ükrayna, Rusiya,  İndoneziya, Tayvan, və İrandır.
Parlament siyasi mədəniyyətin sərgiləndiyi, davranışların nümunə olacağı bir yerdir. Burda təmsil olunanlar cəmiyyətin seçib ortaya çıxardığı  insanlardır. Parlamentari olmaq istəyən insan cəmiyyətdə müsbət imicinin yaranması üçün çalışır. Mədəniyyəti və davranışı ilə, eləcə də insanların maraqlarını savadlı şəkildə müdafiə edə biləcəyi üçün bura seçilirlər. Amma dava-dalaşı ilə gündəmə gələn ölkələrin əksəriyyəti sən demə, bir o qədər də demokratik sayıla bilməzlər. Belə ki, parlamentlərin etik davranışlar baxımından cədvəllərini tərtib etsək orada bir dənə də demokratik dövlət görməyəcəyik.
Nəticə onu deməyə əsas verir ki, bu cür ölkələrdə siyasi rəqabət yoxdur, siyasi rəqabət yoxdursa o zaman demokratik seçki mühiti də mümkün deyil. Əgər bu mühit yoxdursa o zaman istənilən adam- ən mənfi xüsususiyyətlərə malik olanı da gəlib o məclisdə hansısa yolla əyləşə bilər. Belə olacağı təqdirdə əlbəttə ortaya indiki mənzərə çıxır. Bu ölkərələrdə qanunverici orqana heç kim ciddi baxmır, onu teatr və ya komediya hesab edirlər. Hadisələr ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur və hörmətdən salır . Bu cür hallar o ölkələrdə siyasi anlayışlara əməl olunmadığının ən bariz sübutudur.
Əziz Əlibəyli

Əziz Əlibəyli

20 Yanvar...  Yenə də orda-burda insan kütləsinin fonunda kimlərsə özünü gözə soxmağa başlayacaq...
Yenə də boğazdan yuxarı pafos dolu "vətən", "millət" deyib bağıranlar, üzünə süni  "hüzn" niqabı taxmış bəzi "aktyorlar" meydana çıxacaq...
Biz hər şeyi bir az qəribə qeyd etməyə alişmışıq.  Bu yaxınlarda Türkiyədə "Sarıqamış"uğursuzluğunun növbəti ildönümünü keçirdilər. Maraqlı olan o idi ki, 90 min əsgərini bir gecə də şaxtada itirmiş bu ölkənin insanları şəhidlərə bizdəki kimi yanaşmırlar, xatirələrini əbədiləşdirirlər. Sarıqamışda tarixi ekspozisiya yaradaraq dünyanın hər yerindən minlərlə insanı Ərzurumun mənfi 25 dərəcədən artıq soyuğuna dəvət edirlər, hər cür komfort şərait yaradaraq öz qəhrəmanlıq hadisələrini göstərə bilirlər və hər il onlar bunu ağlaya-ağlaya deyil, konkret ideya ilə həyata keçirməklə təsirli təbliğat apar bilirlər.
Amma bizdə, bəziləri  hər gün izlədikləri şou proqramların təsirindən ayrılmamış güc-bəla ilə durub Şəhidlər Xiyabanına ziyarətə gəlir və ən pisi də odur ki, oranı tərk etdikləri andan hər şey unudurlar. Artıq yanaşmanı dəyişmək vaxtıdır! Bu insanlar Xalqımızın azadlığı uğrunda canlarından keçiblər. Fəqət, onlara aid bədii film belə yoxdur. Bir günlük hüzn aurasından qurtularaq bu günü qəhrəmanlıq və fəxr duyulasi bir gün kimi qey etməyə çalışmalıyıq. İnsanları yas, məğlubiyyət və çarəsizlik tendensiyasından uzaqlaşdırmaq lazımdır. Bir yerdə ki, söhbət qəhrəmanlıqdan gedir, orada yazıqlığa və hüznə yer yoxdur. Gəlin, şəhidlərimizi yalnız yanvarın 20-də ziyarət etməyək. Gəlin, yanvarın 20-də yasa batmayaq!

20 Haziran 2013 Perşembe

Türkiyə-solçuluq qürub etmədi

İstanbulun Moskvada döyünən qəlbi.

Sovet dövründə Türkiyədə Kommunist Partiyasının (TKP)-nin qadağan edilməsi və SSRİ ilə Türkiyə arasındakı soyuqluq birmənalı olaraq bu ölkədə sol-kommunistləri ölümə yuvarladı. Amma, SSRi-nin KQB-si bu işi asanlıqla həll etdi. Tükrkiyəyə PKK adlı bir boyunbağı "hədiyyə" etdi.Türkiyə SSRi-yə olan nifrətini masson-Qərb "sevgisi" ilə əvəz etdi. Bütün bunlara baxmayaraq, Türkiyədə artıq "kommunizmin" toxumları əkilmişdi. Əgər fikir vermisinizsə, 1 may fəhlələrin həmrəylik günü Moskvadan daha yaxşı İstanbulda keçirilir. Hər il də qan və qada, qarşıdurmalar ilə yadda qalır.Türkiyədə nə qədər də basqı, repressiya altında qalsa da solçuluq zəhmətkeş və kasıb türk insanının qəlbində vardı. Amma, Ərdoğanın sərt mərkəzləşdirmə siyasəti insanların 10 illik yığılıb qalmış kinini odladı. Uğurlu xarici siyasət və iqtisadi inkişaf adı altında imitasiya edilmiş Ərdoğan amirliyi bir park vəsiləsi ilə süquta uğradı. Adi bir parkda qırılan ağacların müdafiəsinə qalxan solçu gəncləri Ərdoğan hikkə və qəzəblə amansızcasına boğmağa çalışdı. Bu cür amansızlıq isə başqa insanların da meydana çıxmasına səbəb oldu. solçusu, CHP-si , QHT-ləri və digər insanları ilə(hətta , məscid olayından sonra dindarları da) , məşhur simaları meydanlara axışdı. Qərbin "türk baharı" adlnadırdığı amma , Moskvanın ideoloji məhsullarının ortaya qoyduğu mövqe isə bütün oyunları bir balansdan digərinə dəyişdi. Cəmi iki ay öncə , Ərdoğan Əsədə bildirmişdi ki, öz xalqının qanına əlini batıran insan hakimiyətdə qala bilməz. Artıq İstanbulda qan da töküldü, Əsəd də bəyanat verdi.

Nəticə isə çox maraqlı alındı.

Türkiyə tarixində bir ilk yaşandı. Fərqli ideologiyalar bir məqsəd uğrunda birləşə bildi. Amma, bu birlik özlüyündə Türkiyədə 3 fərqli qüvvənin olduğunu da göstərdi -dinçilər, solçular, millətçilər. Ərodoğan hakimiyyətinə qarşı ümumi nifrət aşkarlandı. Bir də 10 illik hakimiyyəti ərzində bu Ərdoğanın verdiyi ilk "açıq" idi. Moskavada susurlar, Qərbin mövqeyi zatən, məlumdur-Ərdoğan qalmalıdır. Dəməşqdə isə bayram şənlikləri davam edir.

11 Haziran 2013 Salı

"...Təyyarəni vurmaqdan başqa yolu yoxdur, əks halda..."- TƏHLİL


"...Təyyarəni vurmaqdan başqa yolu yoxdur, əks halda..."- TƏHLİL

Ermənistan Xocalı aeroportu ilə bağlı iddiasından əl çəkmək istəmir. Rəsmi Bakı da öz mövqeyində israrlı görünür


Azərbaycanın mövqeyi konkretdir: “Vuracam”. Söhbət Xocalı aeroportuna istiqamət götürəcək təyyarənin vrulmasından – aviazərbədən gedir və əslinə bu mövqe yaranmış situasiyaya adekvat hesab oluna bilər. Gəlin bir qədər də dərinə gedək...

Şübhəsiz ki, erməni tərəfi bu addımı atmaqla bir neçə məqsəd güdür:

1.Azərbaycanın reaksiyasını yoxlamaq;

2.Bu addımla Dağlıq Qarabağda faktiki sahibliyini (de-fakto) qəbul etdirmək;

3.Münaqişənin hüquqi və psixoloji mərhələsində üstünlük əldə etmək;

4.Münaqişə olacağı təqdirdə Ermənistanın potensial dəstəkçilərinin gücünü nümayiş etdirmək;

5.Azərbaycan ətrafında beynəlxalq ictimai qınaq mühitini formalaşdırmaq;

Məsələnin ciddiliyini görən rəsmi Bakı baş verəcək münaqişədə hüquqi üstünlük yaratmaq üçün yanvarın 15-də “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq etdi. Ümumiyyətlə, Azərbaycan tərəfinin əsaslandığı bir çox hüquqi sənədlər var ki, onlardan biri də Çikaqo Konvensiyasıdır. Bu Konvesiyaya görə, dövlətin üzərindəki hava sahəsi ticari və mülki uçuşlar üçün açıq olmalıdır. Lakin ölkənin öz hava məkanı üzərində hegemonluğu saxlanılır (Konvensiyanın 1-ci maddəsi). Daimi, cədvəl üzərinə mülki uçuşlar quru dövlətin icazəsinə tabe olmalıdır(6-cı maddə). Quru dövləti tələb etdikdə, xarici mülki təyyarə enməlidir. Hətta quru ölkəsi təyyarəyə baxış keçirə bilər.

Yeri gəlmişkən, qeyd edək ki, Xocalı aeroportu Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) nəzdində Azərbaycana aid hava limanı kimi qeydə alınıb. ICAO-nun siyahısında Xocalı aeroportu “UBES” kodu ilə keçir ki, “UB” ilə başlayan bütün aeroport kodları onun Azərbaycana aid olduğunu göstərir. Misal üçün qeyd edək ki, Bakı hava limanı UBBB olaraq qeyd olunub. Konvensiyaya uyğun olaraq qey edək ki, müqavilə ölkəsi müharibə şəraitində hava sərhədlərinə blok qoya bilər və ümumilikdə bu və ya başqa hallarda hava məkanından istifadəni özü müəyyənləşdirə bilər. Ermənistan işğalçı dövlət kimi artıq beynəlxlaq qurumlar tərəfindən də tanınıb.

Məsələnin Ermənistanın mövqeyi ilə izahı isə tamam başqa detallara söykənir .

Demək olar ki, məsələ daha çox psixoloji sferaya keçib.Ermənistan bu addımı atmaqla inanmır ki, Azərbaycan tərəfi təyyarəyə zərbə endirə bilər. Çünki, Ermənistan bura mülki təyyarə göndərməyi planlaşdırır . Görünür erməni tərəfi nəzərdən qaçırır ki, tarixdə mülki təyyarələrin məhv edilməsi ilə bağlı xeyli presedent(hüquqi fakt) mövcuddur.

İkincisi, ermənilər beynəlxalq ictimaiyyətin qınağına arxalanırlar. Qınağa qalanda, təkcə BMT TŞ -nın işğal olunmuş rayonlarla bağlı 4 qətnaməsi və region dövlətləri və qurumlarının bəyanatları var. Hansı qınaq Ermənistana ciddi təsir göstərə bilir? O zaman Azərbaycan nədən beynəlxalq qınağa fikir verməlidir?! Ortada Ramil Səfərov nümunəsi də var. Az qala bütün dünya Azərbaycanın üstünə gəldi. Bunula nəyə nail ola bildilər ki?

Düzdür, rəsmi Bakı bu məsələni İKAO-ya çıxarmaqla indiki sitiasiyanın yaranmasına imkan verməyə də bilərdi. Sözügedən təşkilat prosesin qarşısını daha sadə yolla almaq imkanlarına malikdir. Amma bunlar baş vermədi. Azərbaycan tərəfi “vuracam” kimi birmənalı və kifayət qədər açıq mövqe sərgiləmklə əslində özünü çıxılmaz vəziyyətə saldı. Artıq başqa variantlara əl atılması da prinsipcə mümkün deyil. Xocalıya təyyarınin enməsi Azərbaycanın nüfuzuna ciddi xələl gətirəcək, “regionun güclü ölkəsi”, "Qafqazın ən qüdrətli ordusu" kimi təsəvvürləri dağıdacaq. Bundan başqa, psixoloji üstünlük də “əlini-qolunu sallayıb” erməni tərəfinə keçəcək. Odur ki, Azərbaycan Xocalı aeroportuna enmək istəyən təyyarəni, sərnişinlərinin kimliyi və statusundan asılı olmayaraq vurmalı və beynəlxalq qınaqlar qarşısında duruş gətirməyə hazır olmalıdır.



Əziz Əlibəyli
“Buradan Dağlıq Qarabağın erməni icmasına müraciət edirəm. 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşayan ermənilər orada öz yaşayışlarını davam etdirə bilərlər. Buna onların hüquqi baxımdan haqqı var. Çünki Azərbaycan vətəndaşlarıdır. Ancaq bunun üçün onlar Azərbaycan vətəndaşlığını rəsmi və hüquqi baxımdan qəbul etməlidirlər”.

Bu fkirləri jurnalistlərə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovbildirib. Əslində məsələnin bu cür qoyuluşu Dağlıq Qarabağ ətrafında davam edən üzücü, nəticəsiz və yorucu danışıqların davam etməsi deməkdir. Burada da məsələni dolaşıq salan problemə fərqli prizmadan yanaşmaqdır. Əgər , Azərbaycan tərəfi ən yüksək muxtariyyət verməklə , erməniləri vətəndaşı kimi qəbul edirsə, ermənilər referendum keçirməklə bölgənin hüquqi statusuna aydınlıq gətirilməsinin tələb edirlər. Məlumdur ki, bu istək BMT-nin "xalqalrın öz müqəddəratını təyin etmək" prinsipi ilə dəstəklənir. Belə demək olarsa, Azərbaycan öz daxili münaqişəsini beynəlxalq arenaya çıxarmaqla etdiyi səhvi mədəni şəkildə etiraf etməyə başlayıb. B.Səfərovun bu sözləri mövcud durumu lazımınca ifadə edir. O qeyd edib ki, istənilən halda Azərbaycan xalqı ərazilərinin gələcək taleyi haqda özü qərar verməlidir. Zərurət yaranarsa ərazilərimizi hərbi yolla aradan qaldıracağıq: “Ermənilərin işğal prosesini uzatmaqda davam etməyə çalışmaları isə təbiidir. Bununla onlar hərbi əməliyyatlar zamanı törətdikləri cinayət əməllərini ört-basdır etməyə çalışırlar”.
Hər-halda 20 illik danışıqlara kölgə salmaq fikrindən uzağıq. Amma hələ də Azərbaycanın öz daxili ərazisində hərbi əməliyyat (müharibə deyil) aparmaması könüllü şəkildə torpaqların qondarma "DQR"-ə təslim edilməsi deməkdir.
Əziz Əlibəyli

10 Haziran 2013 Pazartesi

Bizi niyə vətənsevərlikdən məhrum edirlər?


Bizi niyə vətənsevərlikdən məhrum edirlər?
Əziz Əlibəyli

Dəyərli dostlarım, " İranın əsassız olduğunu göstərən 9 arqument - İRANA TARİX DƏRSİ" adlı yazım İran vəkilinin "Türkmənçay" müqaviləsinə yenidən baxmaqla bağlı bəyənatından sonraya təsadüf  etdi. 10 apreldə əksər saytlarda yayımlanan bu yazının meydana çıxmasından 2 ay keçir. Amma, sosial şəbəkələrdəki şəxsi hesablarıma gələn tənqid, təzyiq və hədə dolu(müxtəlif dillərdə) mesajlar səngimək bilmir. Yazı , bu vaxt ərzində türk, ingilis, erməni, fars və rus dillərinə çevrilib və bu ölkərədə yayımlanıb. Məqalə müəllifinin isə ünvanına təhqirlər  yer alıb. Mətni  rus və erməni dilinə  çevirən Rostov mənşəli erməni jurnalisti  F. Akorov özünün sahəsinə aid olmayan , beynəlxalq hüquq və münsibətlərə dair "geniş təhlil işləri " aparıb.
Əsassız arqumentlərə nəzər salaq: " в-восьмых, “Азербайджанская Республика и ИРИ как члены ООН поставили свои подписи под итоговым документом (о каком именно документе идет речь, не говорится". Bu yazı beynəlxalq məsələlərlə bağlı spesifik yanaşmadır. Beynəlxalq münasibətlərlə məşğul olan hər bir kəs bilir ki, BMT-nin yekun müqaviləsi dedikdə 1945-ci il də yaradılımış təşkilatın qəbul edilmiş nizamnaməsi nəzərdə tutulur.
в-девятых, “международная безопасность, некоторые документы присоединения (?) и международные договора (?) продолжают доказывать несостоятельность позиции Ирана”
Burda anlaşılmaz nə var ki, qoşulma sənədləri -paktlar və təhlükəsizlik müqavilələrini hamısını bir-bir sadalamağa nə ehtiyac vardı ?
Bu cür münasibət onu göstərir ki, bizdən kənarda güclü informasiya məkanı mövcuddur. İkincisi, Onlara xoş gəlməyən istənilən mövqeni öz maraqlarına uyğun tez bir şəkildə çevirib yayırlar.
Üçüncüsü, maraqları milli təhlükəsizliyimizə zidd ölkələrin birgəliyi və təşkilatlanmağı bizi ayıltmalıdır.
Biz nə etməliyik ki? gündə bir dövlətin "məsiliyyətsiz rəhbəri" Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəcək, biz də susacağıq? olmaz. mənim əlimdən gələn - bacardığım budursa, milli dövlətçiliyimiz naminə bunu edəcəyəm. Yetərki, vətəndaşlarımız, milli düşüncəli insanlarımız ayıq olsun. Müdafiə olunmağı da bacarmalıyıq.

Bir gün olmayacaq Lenin..


Əslində şəhər həyat tərzində belə şeyləri hiss etmək mümkün olmur.İnsanlar oxşar paltarlar sayəsində inteqrasiya edib, amma qarnının nə ilə doldurduğunun bir anlamı olmasa da.. bir az daha məzlum və əzabkeş insanları görmək üçün mərkəzdən 500 km aralı rayonlardan birinə buyurmaq kifayət edər. Uşaq vaxtları SSRİ dərsliklərində əmək qəhrəmanlarının günün şüasından yanmış, qabar tutumuş şəkillərinin canlı nümayəndəsini görmək mümkündür. Kənd müasir Azərbaycanın unudulmuş üstünü toz basmış ASE-dır. könəlmiş evlər, sınıq-salxaq darvazalar və sellofandan tikilib, küləyin param-parça etdiyi pəncərələr.. Evlərin daş divarlarında onun neçənci ildə tikildiyi yazılıb, (ən çox 60- ci illər ) belə evlərin həyətinin çəpəri qalın daş divarlı hasarlara dayanır və bu hasardan o yanda , bu evin tam tərsi olan imarət ucalır. Qəribəsi odur ki, 40-50 il əvvəl bu yarıuçuq daxmada 8-10 uşaq-hamısı da qırmızıyanaq, sağlam şəkildə böyüyərdi.Amma indi insansız qalan bu daxmanın yanında müasir evin 5 illik evli ailəsi it-pişik saxlayır. İroniya budur, özü də bütün Azərbaycanın xarakterik ironiyasıdır, acı mənzərəsidir.Maşından düşdüyün anda, ayaqqabılarını tozlu kənd yollarına basdığının ilk fərqini asfaltın olmamasında görürsən,arada-sırada sovetdənqalma " Villislər" yanından ora-bura keçdikcə yaranan tozdan 5 dəqiqə yolu görmürsən.Cəmi , 5 dəqiqə əvvəl təmiz bir şəkildə idinsə, mütləq hamam ehtiyacın var. Bəs burdakı insanlar adam deyilmi? hər gün hamam mümkün olurmu? ıra-sıra düzülmüş evlərin 5-də birində tüstü bacadan fırlayib səmaya qalxır.Kənd boşdur.Bu gün boşalmayıb, Düz 10 il əvvəl ayaqlarında 30 qəpiklik ucuz iran qaloşu olan uşaqlara dolu idi buralar. Hər evdən yançağı açıq, kirli-pasaxlı balacalar kəndin ortasında ora-bura top qovur, mal-qoyun arxasınca dağda-təpədə dolaşırdı. Böyüyən insanı işsizlik təhdid etdi. Aclıq təhlükəsi insanı fəhlə, muzdlu əməyə və istismarçı əlindəki fürsətə çevirdi.Rusiyada yaşayanların həyətində, bacasında, təsərüffat sahəsində muzda çalışan , yol ayrıclarında boyunlarını büküb qul talelərini gözləyən yüzlərlə qullar əmələ gəldi. Bakı adı ilə şəhərin, Sabunçunun zibillikləri yaşayış evləri ilə doldu. Qeydiyyatsız və hər gün uçurulma qorxusu ilə geclələr evlərini tikdilər.Boşalmış kənd, boşalmış rayon oldu. Düşüncələrimlə yeriyə-yeriyə söhbət edən iki-üç qocanın yanında dayandım.Sual verdim :"İşsizlik kəndləri boş qoydu. İndi də aclıq meydana çıxıb, əvvllər kartof əkərdik, normal qiymətə də satardıq. Dolanmaq üçün paltarımızı, yeməyimizi, xeyirə-şərə xərclərimizi çıxarardıq.Artıq o da yoxdur, çünki, məhsulu heç kəs almır. alıcı olmayan məhsula kim xərcə çəkər ki?həm də bundan başqa bizim nəyimiz vardı ki? (Monopoliya irandan, Türkiyədən ikinci sort, heyvana verilən kartof məhsulunu ölkəyə gətirdi.Yerli keyfiyyətli məhsul alıcı problemi ucbatından iflas etdi. ) hanı, Sovetin dövrü? Nostaljiyə vardı,adam haqlı idi. Müstəqillik dövründə , böyütdüyü uşaqların hamısı Rusiyanın çöllərində idi.Pensiyası nəyə çatır ki, Kəndlərə qaz əvəzinə qadağa veriblər.Qış yanacağı odun ehtiyatıdır, Qeyri-qanuni satışı(1 maşın üçün) 300 azn-dir.satışı da rəsmən qadağandır, di buyurun, yaşamağa.Əlləri çat-çat üzündə ağır zəhmətin və əzablı həyatın yazıldığı insanlar.Lenin, Sovet insanlara yaşamaq üçün həvəs verirdi, pul verirdi, təhsil verirdi, pensiya verirdi.Müstəqilliyi dadmağa macal tapmamış hamısını bircə-bircə itirməyə başladı.Ona görə də mənəvidəyərləri nəzərə almamaqda və sovetlərin nostaljisində yaşamaqda adamlar haqlıdır.Axı müstəqilliyi qazanmamışdıq ki, sovetlərin verdiyi yaxşı nə vardısa itirsinlər?..Gədəbəydə idik.Tanrı insanları yaradanda bərabər yaradıb.Yəqin ki, yerin hər bir tərəfi də bərabər şəkildə, eynidir.Amma nədənsə, hələ də Gədəbəy Azərbaycan ola bilmir..

9 Haziran 2013 Pazar

İranın əsassız olduğunu göstərən 9 arqument - İRANA TARİX DƏRSİ


İran -Azərbaycan münasibətlərində "Türkmənçay" sülh müqaviləsi daim müzakirə mövzularından biri olub. İki ölkə arasında diplomatik ritorika qismən sərtləşən kimi, xüsusilə də İran tərəfindən Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxmaqla bağlı bəyənatlar səslənir.
Əslində, Azərbaycan üçün də bu məsələyə yenidən baxmaq olduqca vacibdir. Amma problem ondadır ki, hər iki dövlət müqaviləyə fərqli prizmadan yanaşmaqdadır. Qısaca olaraq, qeyd edık ki, Türkmənçay müqaviləsi 10 fevral 1828-ci ildə ikinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq Türkmənçay kəndində bağlanıb. Dəqiq tarixi faktlara görə, Şimali Azərbaycan o zaman İranın daxili torpaqları olmayıb. Azərbaycan Nadir şahın imperiyasının süqutundan sonra yaranan xanlıqlardan ibarət olub. İran , İraq, Gürcüstan, Ermənistan, Türkiyənin şərqi və Azərbaycan da daxil olmaqla hamısı ondan 100 il əvvəl Səfəvi -türk imperiyasının torpaqları idi. Xanlıqlar zamanı Cənubda güclənən qacaralar(bunlar da türkdür) Şimaldakı xanlıqlara hücum edərək onları birləşdirməyə çalışırdı, Şimalda isə Rusiya istilalarını davam etdirirdi. 1813-cü il Gülüstan müqaviləsi Azərbaycanı parçaladı. (Cənubi Azərbaycanda mökəmlənən qacarlar türk olmaqlarına baxmayaraq özlərini İran adlandırdılar və ona görə bəzi tarixçilər onların şimala hücumunu İranın hücumu kimi təqdim edirlər) Sonra da Türkmənçay müqaviləsilə Azərbaycan İran və Rusiya arasında Araz çayı əsas sərhəd olmaqla ikiyə bölündü.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda İran Paris sülh konfransına nümayəndə yolladı ki, AXC müstəqil olaraq tanınmasın və İrana birləşdirilsin. AXC-nin ANTANTA tərəfindən de-fakto müstəqilliyinin tanınması İranın əl-qolunu bağladı . O, hətta daha irəli gedərək AXC-nin de-jure olaraq müstəqilliyini tanıdı. Hətta, İran, Sovetlər Birliyi yaradılanda Türkmənçay müqaviləsinə sadiqliyini nümayiş etdirdi.
Amma 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndə İran bu dəfə də Azərbaycan ərazisinin öz tarixi torpağı olduğunu bəyan etdi və Azərbaycanın ona birləşdirilməsini istədi. Son 21 ildə İran vaxtaşırı bu məsələni gündəmə gətirməkdədirlər. Bu günlərdə Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən bu haqda qanun layihəsini yaxın vaxtlarda parlamentə təqdim edəcəklərini bildirib. İran tərəfinin fikrincə , müqavilənin başa çatması onun artıq ləğv edilməsi anlamına gəlir. Bunun üçün də yenidən müqavilədən əvvəlki vəziyyət bərpa edilməlidir. Belə olduqda, guya Azərbaycan Respublikası İrana birləşdirilməlidir.  Bu halda İrana onun qarşısında dayanan maneələri bir-bir sadalamaq Azərbaycan tərəfinin əsas vəzifəsidir.
Əvvəla,  müqavilədə (maddə 3.) "Arazın o tayı və bu tayı" ifadələrində və dəqiq ifadə edilmiş sərhədd nöqtələrində adıçəkilən torpaqlar İran ərazisi kimi qeyd edilməyib və tarixən də bu torpaqlar İran adıyla tanınmayıb;
İkincisi, Azərbaycanla İran bir dövlət tərkibində olublar-Səfəvilər və Nadir, hər ikisinin də rəhbəri türkdür, fars deyil;(yəni, İran özü Azərbaycan dövlətinin tərkibində olub).
Üçüncüsü, İran özü də 20-ci əsrin 20-ci ilinə kimi türk sülaləsinin idarəçiliyində  olub;
Dördüncüsü, farsların İran dövlətçiliyi VII  əsrdə ərəblərin istilası ilə ləğv edilmişdi(ona qədər isə Albaniya mövcud idi) ;
Beşincisi, İranın istinad etdiyi Türkmənçay müqaviləsinin vaxtının haçan  bitməsi haqda bənd yoxdur və  müqavilənin ləğvetmə mexanizmi mövcud deyil ;
Altıncısı, hələ, yüz il əvvəl, Çar Rusiyası dağılanda və AXC de-fakto(İranın özü isə de-yure) tanınanda müqvilənin faktiki olaraq şərtləri işləmirdi və ölü sənədə çevrilmişdi;
Yeddincisi, Türkmənçay müqaviləsini İran adına imzalayan şəxs Qacar-türk nümayəndəsi idi, fars deyil;
Səkkizincisi, Azərbaycan Respublikası və İİR BMT üzvü olaraq yekun müqaviləsinə imza atıblar və beynəlxalq hüququn əsas prinsiplərindən biri olan - Ərazi bütövlüyünün toxunulmzalığı prinsipinə riayət etməyə borcludurlar;
Doqquzuncusu, beynəlxalq təhlükəsizlik, bir sıra qoşulma sənədləri və beynəlxalq müqavilələr İranın əsassız olduğunu sübut etməkdədir;
Təəssüf ki, hələ sadalamadığımız kifayət qədər arqumentlərin fonunda İran öz çirkin niyyətlərini həyata keçirməyə can atmaqdadır. Bu da başa düşüləndir.  Bu onun  öz suverenliyini qorumaq üçün  Cənubi Azərbaycanın müstəqilliyə doğru addımlayan cəhdlərini önləmək istəyidir.
Əgər keçmişə qalsa və tarixə istinad edilsə,  İran gərək bu gün 1.6 milyon kv.km deyil, 3.8 milyon kv.km Azərbaycanın tərkib hissəsi ola.
Əziz Əlibəyli