10 Haziran 2013 Pazartesi

Bir gün olmayacaq Lenin..


Əslində şəhər həyat tərzində belə şeyləri hiss etmək mümkün olmur.İnsanlar oxşar paltarlar sayəsində inteqrasiya edib, amma qarnının nə ilə doldurduğunun bir anlamı olmasa da.. bir az daha məzlum və əzabkeş insanları görmək üçün mərkəzdən 500 km aralı rayonlardan birinə buyurmaq kifayət edər. Uşaq vaxtları SSRİ dərsliklərində əmək qəhrəmanlarının günün şüasından yanmış, qabar tutumuş şəkillərinin canlı nümayəndəsini görmək mümkündür. Kənd müasir Azərbaycanın unudulmuş üstünü toz basmış ASE-dır. könəlmiş evlər, sınıq-salxaq darvazalar və sellofandan tikilib, küləyin param-parça etdiyi pəncərələr.. Evlərin daş divarlarında onun neçənci ildə tikildiyi yazılıb, (ən çox 60- ci illər ) belə evlərin həyətinin çəpəri qalın daş divarlı hasarlara dayanır və bu hasardan o yanda , bu evin tam tərsi olan imarət ucalır. Qəribəsi odur ki, 40-50 il əvvəl bu yarıuçuq daxmada 8-10 uşaq-hamısı da qırmızıyanaq, sağlam şəkildə böyüyərdi.Amma indi insansız qalan bu daxmanın yanında müasir evin 5 illik evli ailəsi it-pişik saxlayır. İroniya budur, özü də bütün Azərbaycanın xarakterik ironiyasıdır, acı mənzərəsidir.Maşından düşdüyün anda, ayaqqabılarını tozlu kənd yollarına basdığının ilk fərqini asfaltın olmamasında görürsən,arada-sırada sovetdənqalma " Villislər" yanından ora-bura keçdikcə yaranan tozdan 5 dəqiqə yolu görmürsən.Cəmi , 5 dəqiqə əvvəl təmiz bir şəkildə idinsə, mütləq hamam ehtiyacın var. Bəs burdakı insanlar adam deyilmi? hər gün hamam mümkün olurmu? ıra-sıra düzülmüş evlərin 5-də birində tüstü bacadan fırlayib səmaya qalxır.Kənd boşdur.Bu gün boşalmayıb, Düz 10 il əvvəl ayaqlarında 30 qəpiklik ucuz iran qaloşu olan uşaqlara dolu idi buralar. Hər evdən yançağı açıq, kirli-pasaxlı balacalar kəndin ortasında ora-bura top qovur, mal-qoyun arxasınca dağda-təpədə dolaşırdı. Böyüyən insanı işsizlik təhdid etdi. Aclıq təhlükəsi insanı fəhlə, muzdlu əməyə və istismarçı əlindəki fürsətə çevirdi.Rusiyada yaşayanların həyətində, bacasında, təsərüffat sahəsində muzda çalışan , yol ayrıclarında boyunlarını büküb qul talelərini gözləyən yüzlərlə qullar əmələ gəldi. Bakı adı ilə şəhərin, Sabunçunun zibillikləri yaşayış evləri ilə doldu. Qeydiyyatsız və hər gün uçurulma qorxusu ilə geclələr evlərini tikdilər.Boşalmış kənd, boşalmış rayon oldu. Düşüncələrimlə yeriyə-yeriyə söhbət edən iki-üç qocanın yanında dayandım.Sual verdim :"İşsizlik kəndləri boş qoydu. İndi də aclıq meydana çıxıb, əvvllər kartof əkərdik, normal qiymətə də satardıq. Dolanmaq üçün paltarımızı, yeməyimizi, xeyirə-şərə xərclərimizi çıxarardıq.Artıq o da yoxdur, çünki, məhsulu heç kəs almır. alıcı olmayan məhsula kim xərcə çəkər ki?həm də bundan başqa bizim nəyimiz vardı ki? (Monopoliya irandan, Türkiyədən ikinci sort, heyvana verilən kartof məhsulunu ölkəyə gətirdi.Yerli keyfiyyətli məhsul alıcı problemi ucbatından iflas etdi. ) hanı, Sovetin dövrü? Nostaljiyə vardı,adam haqlı idi. Müstəqillik dövründə , böyütdüyü uşaqların hamısı Rusiyanın çöllərində idi.Pensiyası nəyə çatır ki, Kəndlərə qaz əvəzinə qadağa veriblər.Qış yanacağı odun ehtiyatıdır, Qeyri-qanuni satışı(1 maşın üçün) 300 azn-dir.satışı da rəsmən qadağandır, di buyurun, yaşamağa.Əlləri çat-çat üzündə ağır zəhmətin və əzablı həyatın yazıldığı insanlar.Lenin, Sovet insanlara yaşamaq üçün həvəs verirdi, pul verirdi, təhsil verirdi, pensiya verirdi.Müstəqilliyi dadmağa macal tapmamış hamısını bircə-bircə itirməyə başladı.Ona görə də mənəvidəyərləri nəzərə almamaqda və sovetlərin nostaljisində yaşamaqda adamlar haqlıdır.Axı müstəqilliyi qazanmamışdıq ki, sovetlərin verdiyi yaxşı nə vardısa itirsinlər?..Gədəbəydə idik.Tanrı insanları yaradanda bərabər yaradıb.Yəqin ki, yerin hər bir tərəfi də bərabər şəkildə, eynidir.Amma nədənsə, hələ də Gədəbəy Azərbaycan ola bilmir..

Hiç yorum yok:

Yorum Gönder