"...Təyyarəni vurmaqdan başqa yolu yoxdur, əks halda..."- TƏHLİL |
![]()
Ermənistan Xocalı aeroportu ilə bağlı iddiasından əl çəkmək istəmir. Rəsmi Bakı da öz mövqeyində israrlı görünür
Azərbaycanın mövqeyi konkretdir: “Vuracam”. Söhbət Xocalı aeroportuna istiqamət götürəcək təyyarənin vrulmasından – aviazərbədən gedir və əslinə bu mövqe yaranmış situasiyaya adekvat hesab oluna bilər. Gəlin bir qədər də dərinə gedək... Şübhəsiz ki, erməni tərəfi bu addımı atmaqla bir neçə məqsəd güdür: 1.Azərbaycanın reaksiyasını yoxlamaq; 2.Bu addımla Dağlıq Qarabağda faktiki sahibliyini (de-fakto) qəbul etdirmək; 3.Münaqişənin hüquqi və psixoloji mərhələsində üstünlük əldə etmək; 4.Münaqişə olacağı təqdirdə Ermənistanın potensial dəstəkçilərinin gücünü nümayiş etdirmək; 5.Azərbaycan ətrafında beynəlxalq ictimai qınaq mühitini formalaşdırmaq; Məsələnin ciddiliyini görən rəsmi Bakı baş verəcək münaqişədə hüquqi üstünlük yaratmaq üçün yanvarın 15-də “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq etdi. Ümumiyyətlə, Azərbaycan tərəfinin əsaslandığı bir çox hüquqi sənədlər var ki, onlardan biri də Çikaqo Konvensiyasıdır. Bu Konvesiyaya görə, dövlətin üzərindəki hava sahəsi ticari və mülki uçuşlar üçün açıq olmalıdır. Lakin ölkənin öz hava məkanı üzərində hegemonluğu saxlanılır (Konvensiyanın 1-ci maddəsi). Daimi, cədvəl üzərinə mülki uçuşlar quru dövlətin icazəsinə tabe olmalıdır(6-cı maddə). Quru dövləti tələb etdikdə, xarici mülki təyyarə enməlidir. Hətta quru ölkəsi təyyarəyə baxış keçirə bilər. Yeri gəlmişkən, qeyd edək ki, Xocalı aeroportu Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) nəzdində Azərbaycana aid hava limanı kimi qeydə alınıb. ICAO-nun siyahısında Xocalı aeroportu “UBES” kodu ilə keçir ki, “UB” ilə başlayan bütün aeroport kodları onun Azərbaycana aid olduğunu göstərir. Misal üçün qeyd edək ki, Bakı hava limanı UBBB olaraq qeyd olunub. Konvensiyaya uyğun olaraq qey edək ki, müqavilə ölkəsi müharibə şəraitində hava sərhədlərinə blok qoya bilər və ümumilikdə bu və ya başqa hallarda hava məkanından istifadəni özü müəyyənləşdirə bilər. Ermənistan işğalçı dövlət kimi artıq beynəlxlaq qurumlar tərəfindən də tanınıb. Məsələnin Ermənistanın mövqeyi ilə izahı isə tamam başqa detallara söykənir . Demək olar ki, məsələ daha çox psixoloji sferaya keçib.Ermənistan bu addımı atmaqla inanmır ki, Azərbaycan tərəfi təyyarəyə zərbə endirə bilər. Çünki, Ermənistan bura mülki təyyarə göndərməyi planlaşdırır . Görünür erməni tərəfi nəzərdən qaçırır ki, tarixdə mülki təyyarələrin məhv edilməsi ilə bağlı xeyli presedent(hüquqi fakt) mövcuddur. İkincisi, ermənilər beynəlxalq ictimaiyyətin qınağına arxalanırlar. Qınağa qalanda, təkcə BMT TŞ -nın işğal olunmuş rayonlarla bağlı 4 qətnaməsi və region dövlətləri və qurumlarının bəyanatları var. Hansı qınaq Ermənistana ciddi təsir göstərə bilir? O zaman Azərbaycan nədən beynəlxalq qınağa fikir verməlidir?! Ortada Ramil Səfərov nümunəsi də var. Az qala bütün dünya Azərbaycanın üstünə gəldi. Bunula nəyə nail ola bildilər ki? Düzdür, rəsmi Bakı bu məsələni İKAO-ya çıxarmaqla indiki sitiasiyanın yaranmasına imkan verməyə də bilərdi. Sözügedən təşkilat prosesin qarşısını daha sadə yolla almaq imkanlarına malikdir. Amma bunlar baş vermədi. Azərbaycan tərəfi “vuracam” kimi birmənalı və kifayət qədər açıq mövqe sərgiləmklə əslində özünü çıxılmaz vəziyyətə saldı. Artıq başqa variantlara əl atılması da prinsipcə mümkün deyil. Xocalıya təyyarınin enməsi Azərbaycanın nüfuzuna ciddi xələl gətirəcək, “regionun güclü ölkəsi”, "Qafqazın ən qüdrətli ordusu" kimi təsəvvürləri dağıdacaq. Bundan başqa, psixoloji üstünlük də “əlini-qolunu sallayıb” erməni tərəfinə keçəcək. Odur ki, Azərbaycan Xocalı aeroportuna enmək istəyən təyyarəni, sərnişinlərinin kimliyi və statusundan asılı olmayaraq vurmalı və beynəlxalq qınaqlar qarşısında duruş gətirməyə hazır olmalıdır.
Əziz Əlibəyli
|
11 Haziran 2013 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder