9 Haziran 2013 Pazar

İranın əsassız olduğunu göstərən 9 arqument - İRANA TARİX DƏRSİ


İran -Azərbaycan münasibətlərində "Türkmənçay" sülh müqaviləsi daim müzakirə mövzularından biri olub. İki ölkə arasında diplomatik ritorika qismən sərtləşən kimi, xüsusilə də İran tərəfindən Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxmaqla bağlı bəyənatlar səslənir.
Əslində, Azərbaycan üçün də bu məsələyə yenidən baxmaq olduqca vacibdir. Amma problem ondadır ki, hər iki dövlət müqaviləyə fərqli prizmadan yanaşmaqdadır. Qısaca olaraq, qeyd edık ki, Türkmənçay müqaviləsi 10 fevral 1828-ci ildə ikinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq Türkmənçay kəndində bağlanıb. Dəqiq tarixi faktlara görə, Şimali Azərbaycan o zaman İranın daxili torpaqları olmayıb. Azərbaycan Nadir şahın imperiyasının süqutundan sonra yaranan xanlıqlardan ibarət olub. İran , İraq, Gürcüstan, Ermənistan, Türkiyənin şərqi və Azərbaycan da daxil olmaqla hamısı ondan 100 il əvvəl Səfəvi -türk imperiyasının torpaqları idi. Xanlıqlar zamanı Cənubda güclənən qacaralar(bunlar da türkdür) Şimaldakı xanlıqlara hücum edərək onları birləşdirməyə çalışırdı, Şimalda isə Rusiya istilalarını davam etdirirdi. 1813-cü il Gülüstan müqaviləsi Azərbaycanı parçaladı. (Cənubi Azərbaycanda mökəmlənən qacarlar türk olmaqlarına baxmayaraq özlərini İran adlandırdılar və ona görə bəzi tarixçilər onların şimala hücumunu İranın hücumu kimi təqdim edirlər) Sonra da Türkmənçay müqaviləsilə Azərbaycan İran və Rusiya arasında Araz çayı əsas sərhəd olmaqla ikiyə bölündü.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda İran Paris sülh konfransına nümayəndə yolladı ki, AXC müstəqil olaraq tanınmasın və İrana birləşdirilsin. AXC-nin ANTANTA tərəfindən de-fakto müstəqilliyinin tanınması İranın əl-qolunu bağladı . O, hətta daha irəli gedərək AXC-nin de-jure olaraq müstəqilliyini tanıdı. Hətta, İran, Sovetlər Birliyi yaradılanda Türkmənçay müqaviləsinə sadiqliyini nümayiş etdirdi.
Amma 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndə İran bu dəfə də Azərbaycan ərazisinin öz tarixi torpağı olduğunu bəyan etdi və Azərbaycanın ona birləşdirilməsini istədi. Son 21 ildə İran vaxtaşırı bu məsələni gündəmə gətirməkdədirlər. Bu günlərdə Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən bu haqda qanun layihəsini yaxın vaxtlarda parlamentə təqdim edəcəklərini bildirib. İran tərəfinin fikrincə , müqavilənin başa çatması onun artıq ləğv edilməsi anlamına gəlir. Bunun üçün də yenidən müqavilədən əvvəlki vəziyyət bərpa edilməlidir. Belə olduqda, guya Azərbaycan Respublikası İrana birləşdirilməlidir.  Bu halda İrana onun qarşısında dayanan maneələri bir-bir sadalamaq Azərbaycan tərəfinin əsas vəzifəsidir.
Əvvəla,  müqavilədə (maddə 3.) "Arazın o tayı və bu tayı" ifadələrində və dəqiq ifadə edilmiş sərhədd nöqtələrində adıçəkilən torpaqlar İran ərazisi kimi qeyd edilməyib və tarixən də bu torpaqlar İran adıyla tanınmayıb;
İkincisi, Azərbaycanla İran bir dövlət tərkibində olublar-Səfəvilər və Nadir, hər ikisinin də rəhbəri türkdür, fars deyil;(yəni, İran özü Azərbaycan dövlətinin tərkibində olub).
Üçüncüsü, İran özü də 20-ci əsrin 20-ci ilinə kimi türk sülaləsinin idarəçiliyində  olub;
Dördüncüsü, farsların İran dövlətçiliyi VII  əsrdə ərəblərin istilası ilə ləğv edilmişdi(ona qədər isə Albaniya mövcud idi) ;
Beşincisi, İranın istinad etdiyi Türkmənçay müqaviləsinin vaxtının haçan  bitməsi haqda bənd yoxdur və  müqavilənin ləğvetmə mexanizmi mövcud deyil ;
Altıncısı, hələ, yüz il əvvəl, Çar Rusiyası dağılanda və AXC de-fakto(İranın özü isə de-yure) tanınanda müqvilənin faktiki olaraq şərtləri işləmirdi və ölü sənədə çevrilmişdi;
Yeddincisi, Türkmənçay müqaviləsini İran adına imzalayan şəxs Qacar-türk nümayəndəsi idi, fars deyil;
Səkkizincisi, Azərbaycan Respublikası və İİR BMT üzvü olaraq yekun müqaviləsinə imza atıblar və beynəlxalq hüququn əsas prinsiplərindən biri olan - Ərazi bütövlüyünün toxunulmzalığı prinsipinə riayət etməyə borcludurlar;
Doqquzuncusu, beynəlxalq təhlükəsizlik, bir sıra qoşulma sənədləri və beynəlxalq müqavilələr İranın əsassız olduğunu sübut etməkdədir;
Təəssüf ki, hələ sadalamadığımız kifayət qədər arqumentlərin fonunda İran öz çirkin niyyətlərini həyata keçirməyə can atmaqdadır. Bu da başa düşüləndir.  Bu onun  öz suverenliyini qorumaq üçün  Cənubi Azərbaycanın müstəqilliyə doğru addımlayan cəhdlərini önləmək istəyidir.
Əgər keçmişə qalsa və tarixə istinad edilsə,  İran gərək bu gün 1.6 milyon kv.km deyil, 3.8 milyon kv.km Azərbaycanın tərkib hissəsi ola.
Əziz Əlibəyli

Hiç yorum yok:

Yorum Gönder