
Gürcüstanda baş nazir Bdzina İvanaşvilinin hakimiyyətə gəlməsinin 100 günlüyü oldu. Mövzuya keçməmişdən əvvəl burda Çerçillin məşhur sözünü qeyd etmək yerinə düşər: “Demokratiya yaxşı quruluş deyil, amma bəşər tarixi hələ lap yaxşısını tapmayıb".
Bu ifadə hardan yadıma düşdü deyim. Neçə il idi ki, burnumuzun ucunda Mişanın çiçəkləndirdiyi gürcü demokratiyasına baxıb köks ötürüdüyümüz az olmamışdı. Amma bu gürcü xalqı da deyirəm əcəb də xalqmış eee! O boyda adam ruşvətin, korupsiyanın kökünü kəsməklə, çaxırdan içib dünyaya sərxoş gözlərlə baxan "alkaş gürcü" mifini darmadağın etdi. Ən əsası ölkədə ciddi ierarxiya yarada bildi. Amma demokratiya ona görə pis quruluşdur ki, dünyanın gözü qarşısında Mişa imperializm aşiqlərinin xidmətçisi, daha doğrusu onun yalançı vədləri qarşısnda duruş gətirə bilmədi. Əlbəttə, qınaya bilərsiniz ki, hələ indidən qəti qənaət ortraya qoyuram. Amma dağ göründüyü halda bələdçiyə ehtiyac olmadığı kimi, Gürcüstanda nə baş verdiyini görmək üçün də böyüdücü şüşələrdən istifadə etmyə gərək yoxdur.
Adam ABŞ deyə-deyə Rus qubernatoruna dönüb. Ona görə də durub desək ki, “Gürcülər qədirbilməz millətdir”, yanlışımız olmayacaq. Günlərlə növbədə durub, yolda "QAİ"-yə pul verib, universitetdə rüşvət alıb, cibkəsənliklə, oğurluqla keçən günlər üçün darıxmaq da varmış, gürcü qardaşlarımızda. Elə buna görə də Avropada gül kimi işini-gücünü atıb gəlib Gürcüstanda demokratiya quran Mişaya xilaf çıxdılar. Elə bildilər ki, 90-cı illərin Rusiyasında mafioz təfəkkürü ilə pul ələ keçirən Bdzina öz sərvətini xalqla böləcək. Olmadı! İvnaşvili hələ baş nazirliyinin 100 günlüyünü keçirir. Artıq Gürcüstan Şevardnadze zamanına bənzəməkdədir. Bahalıq, rüşvət, məmur özbaşnalığı... 100 günün görüntüləri! Bəs siz nə qazanmısınız gürcü xalqı, kasıbçılıq demokratiyaya üstünmü gəldi? Başqa ölkələrin 70 ilə keçdiyi yolu 10 ilə keçməyi bacaran xalq, gərək eyni sürətlə də gerimi qayidaydı? Daha gecdir, nə qədər "İzvini, Mişa" desəniz də boyunduruq bir dəfə keçər, bicolar! Qatarınız gedib, heç olmasa artıq özünü müxalifətə hazırlamış Saakaşvilini qoruyun. Sadəcə, bir neçə 100 gün də dözün! Yəqin ki, bu üç ayda davranışları, siyasi səbatsızlığı və "erməni qardaşlığı" ilə tanınan İvanaşviliyə bir də zaman tanımayacaqsınız. Saakaşvili gürcü tarixidir, dövlətçiliyidir. Qafqaz demokratiyasının simvoludur. Yoxsa, gündə bir söz verib, təkzib edən insanla uzağı Rusiya bazarlarına qədər getmək olar...
Əziz Əibəyli
Hiç yorum yok:
Yorum Gönder