Əziz Əlibəyli
20 Yanvar... Yenə də orda-burda insan kütləsinin fonunda kimlərsə özünü gözə soxmağa başlayacaq...
Yenə də boğazdan yuxarı pafos dolu "vətən", "millət" deyib bağıranlar, üzünə süni "hüzn" niqabı taxmış bəzi "aktyorlar" meydana çıxacaq...
Biz hər şeyi bir az qəribə qeyd etməyə alişmışıq. Bu yaxınlarda Türkiyədə "Sarıqamış"uğursuzluğunun növbəti ildönümünü keçirdilər. Maraqlı olan o idi ki, 90 min əsgərini bir gecə də şaxtada itirmiş bu ölkənin insanları şəhidlərə bizdəki kimi yanaşmırlar, xatirələrini əbədiləşdirirlər. Sarıqamışda tarixi ekspozisiya yaradaraq dünyanın hər yerindən minlərlə insanı Ərzurumun mənfi 25 dərəcədən artıq soyuğuna dəvət edirlər, hər cür komfort şərait yaradaraq öz qəhrəmanlıq hadisələrini göstərə bilirlər və hər il onlar bunu ağlaya-ağlaya deyil, konkret ideya ilə həyata keçirməklə təsirli təbliğat apar bilirlər.

Amma bizdə, bəziləri hər gün izlədikləri şou proqramların təsirindən ayrılmamış güc-bəla ilə durub Şəhidlər Xiyabanına ziyarətə gəlir və ən pisi də odur ki, oranı tərk etdikləri andan hər şey unudurlar. Artıq yanaşmanı dəyişmək vaxtıdır! Bu insanlar Xalqımızın azadlığı uğrunda canlarından keçiblər. Fəqət, onlara aid bədii film belə yoxdur. Bir günlük hüzn aurasından qurtularaq bu günü qəhrəmanlıq və fəxr duyulasi bir gün kimi qey etməyə çalışmalıyıq. İnsanları yas, məğlubiyyət və çarəsizlik tendensiyasından uzaqlaşdırmaq lazımdır. Bir yerdə ki, söhbət qəhrəmanlıqdan gedir, orada yazıqlığa və hüznə yer yoxdur. Gəlin, şəhidlərimizi yalnız yanvarın 20-də ziyarət etməyək. Gəlin, yanvarın 20-də yasa batmayaq!
Hiç yorum yok:
Yorum Gönder