19 Temmuz 2013 Cuma

Bayraq - Dövlətin əsas atributlarından biri! Bayraq – qürur mənbəyimiz!..  

...Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıb. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanır. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edir:
- Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik.
- Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alır. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar.
Bu, Qarabağ müharibəsi zamanı tarixə düşmüş həqiqətlərdəndir.
***
Azərbaycan bayrağı ilə ayaqqabısını silən Qurgen Markaryanı cəzalandırmış Ramil Səfərov nümunəsi də var ortada.  Hə, bayraq həm də namusumuz-qeyrətimizdir... 
***
 Fəqət bunun fərqinə varmayıb da bayrağı sadəcə rəngli parçalardan yaradılmış kompozisiya hesab edənlərimiz də var nə yazıq ki! Belə yazıqlardan biri də xalq artisti adı daşıyan Aygün Kazımovadır.  Bu adamın Azərbaycan bayrağına  sayğısızlığı özünə sərhəd tanımır. Aygün Kazımova bayrağımızı mini yubkaya,  yarıçimərlik paltarına çevirib.  Bayraq dövlət idarələrinin üzərində dalğalanır, Aygün.  Şəhid tabutları bayrağa bürünür.  Onu əyləncə paltarına çevirməzlər .  Azərbaycan insanının qürur və güvənc yeridir o.  Qan tökmüşük bayrağın uğrunda, başa düşürsənmi bunu, Aygün?  
Əziz Əlibəyli

Hiç yorum yok:

Yorum Gönder