19 Temmuz 2013 Cuma

Dövrümüzdə demək olar ki, dünyanın bütün ölkələrində qanunverici orqan mövcuddur.
Hər ölkədə müxtəlif anlayışlarla ifadə edilsə də ümumilikdə parlament adlanan orqan hüquqi dövlətin atributu olaraq hakimiyyət bölgüsünün əsasını təşkil edir. Parlament tarixi, elə insan sivilizasiyasının yaşı qədərdir, desək yanılmarıq. İbtidai icmadan bəri, tayfa rəislərinin yanında-ağsaqqallar şurası, quldarlıq quruluşunda -xalq yığıncaqları, feodalizm dövründə isə parlamentalizm yaranmağa başladı. Hələ, X əsrdən etibarən Avropada artıq hakimiyyətin bölünməsi ideyasına uyğun olaraq parlament anlayışı mütləq olaraq qərarlaşdı. Artıq yaşadığımız XXI əsrdə formal da olsa demokratiyası olan dövlətlərin hamısının parlamenti mövcuddur.
Parlamentariz ənənəsi qədim olan dövlətlərdə siyasi mədəniyyət bütün mənası ilə qərarlaşıb. Cəmiyyətdə baş verən hadisələrə tez reaksiya verməklə, siyasi mübarizələrin ən son həddini müəyyənləşdirməklə mühüm rol oynayır. Amma son vaxtlar əksər ölkələrin parlamentləri daha çox əlbəyaxa döyüşlərlə gündəmə gəlməkdədir. İki müxtəlif görüşə və maraqlara sahib olan siyasi qüvvələrin müzakirəsinin bu variantda davam etdirilməsi ürəkaçan olmasa da bu, adi hala çevrilir. Araşdırmamıza görə, parlament "müharibələri"nin bir neçə səbəbi mövcuddur. Siyasi ehtiraslarını cilovlaya bilməyən siyasətçilər, əksər hallarda arqumentlərinin zəfliyi ucbatından əlbəyaxa davaya keçirlər. Məsələn, dünyanın ən davalı parlamenti olan Ukrayna Ali Radası hər sessiyada bir neçə deputatın xəsarət alması ilə yadda qalır. Gürcu məclisində isə son zamanlar Saakaşvili və İvanaşvili tərəfdarları arasınada da bu cür hallar baş verir.
“Mübarizə meydanlarından” biri də İran ali məclisidir. Bizim Milli Məclisdə də 90-cı illərdən sonra bu cür hadisələrə rast gəlinib. Ən son nümunə 2007-ci ildə Fəzail Ağamalı ilə Huseyn Abdullayevin yumruqlaşmasıdır. Ümimiyyətlə, parlament davalarının ən çox baş veridiyi ölkələr Ükrayna, Rusiya,  İndoneziya, Tayvan, və İrandır.
Parlament siyasi mədəniyyətin sərgiləndiyi, davranışların nümunə olacağı bir yerdir. Burda təmsil olunanlar cəmiyyətin seçib ortaya çıxardığı  insanlardır. Parlamentari olmaq istəyən insan cəmiyyətdə müsbət imicinin yaranması üçün çalışır. Mədəniyyəti və davranışı ilə, eləcə də insanların maraqlarını savadlı şəkildə müdafiə edə biləcəyi üçün bura seçilirlər. Amma dava-dalaşı ilə gündəmə gələn ölkələrin əksəriyyəti sən demə, bir o qədər də demokratik sayıla bilməzlər. Belə ki, parlamentlərin etik davranışlar baxımından cədvəllərini tərtib etsək orada bir dənə də demokratik dövlət görməyəcəyik.
Nəticə onu deməyə əsas verir ki, bu cür ölkələrdə siyasi rəqabət yoxdur, siyasi rəqabət yoxdursa o zaman demokratik seçki mühiti də mümkün deyil. Əgər bu mühit yoxdursa o zaman istənilən adam- ən mənfi xüsususiyyətlərə malik olanı da gəlib o məclisdə hansısa yolla əyləşə bilər. Belə olacağı təqdirdə əlbəttə ortaya indiki mənzərə çıxır. Bu ölkərələrdə qanunverici orqana heç kim ciddi baxmır, onu teatr və ya komediya hesab edirlər. Hadisələr ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur və hörmətdən salır . Bu cür hallar o ölkələrdə siyasi anlayışlara əməl olunmadığının ən bariz sübutudur.
Əziz Əlibəyli

Hiç yorum yok:

Yorum Gönder