Daha bir azərbaycanlı şairə qara yaxmaqda davam edirlər. Özü də “dəlil və sübut”u ilə birlikdə.
Həm də söhbət elə bir adamdan gedir ki, varlığı və kimliyi ilə insanlığın zirvəsində dayanır.
Onun təkcə fəlsəfəsi və dünyagörüşü və o ideyaların içində formalaşdırıb bəslədiyi kamil şəxsiyyəti ona heç bir ləkəni yapışdırmağa imkan vermir.
“Fors-Major” layihəsində bu dəfə Azərbaycanın məşhur hürufi şairi Nəsiminin yaradıcılığına aid edilən “Erməni” qəzəli haqqında danışacağıq.
İlk dəfə 1973-cü ildə ədəbiyyatşünas alim Həmid Araslının Nəsimi ilə bağlı ilə kitabı işıq üzü görür. Bu vaxta qədər, nəsimişünaslığın ortaya çıxarmadığı qəzəl ilk dəfə oxuculara təqdim edilir.
Maraqlıdır ki, xalqlar dostluğunu isbat etmək və erməni xalqının qədimliyini sübuta yetirmək üçün bu əsər əsl mənbə rolunu oynayırdı. Özü də bunu Nəsimi yazmışdısa, artıq təbliğatın haralara qədər nüfuz etdiyi aydın idi. Sonralar 1987-ci ildə Nəsiminin əlyazmalarından ibarət çap olunan “İraq divanı”nında bu şeir təfsirli halda çap edilir.
Qəzənfər Paşayev ilk dəfə Azərbaycan oxucuları üçün təqdim etdiyi İraq divanına daxil edilmiş bu şeir onun əlyazmaları içində, ayrıca verilir.
Qeydə görə, Hələb şəhərində əldə edilmiş bu əsər Nəsimiyə aiddir. Bizsə bu yoldan çıxış edərək araşdırmağa başladıq.
Məsələyə münasibət bildirən professor Rəhim Əliyevin fikrincə, Nəsiminin adına təqdim edilən “Erməni” qəzəlinin ona heç bir dəxli yoxdur.
Alimin dediyinə görə, hamının qəbul etdiyi Nəsimi anlayışı daxilində bu cür primitiv şeiri təsəvvür etmək mümkün deyil: “Nəsimi sevgi şairi deyil, O ideya şairidir. Şeirləri isə Nəimi haqqındadır.
Bütün qəzəllərinin xarakteri eynidir. Nəiminin üzünün təsvirindən başlayıb, sonda aqibətinin nəticəsi ilə bitirir. Amma bu gün Televiziyada da, elə “Nəsimi” filmində də onun sevgi şeirləri haqqında söhbət açılır”.
Doğrudan da Nəsiminin adı hallanan sevgi qəzəllərinin aqibəti haqqında düşüncələr olduqca dumanlıdır. Hürufi və ideoloq bir şəxsin sevgiyə dair qəzəl yazması, gözələ şeir həsr etməsi absurd fikirdir. Düşüncəmizi bir az da gücləndirmək üçün alimi dinləməyə davam edək:
“Nəiminin 12 xəlifəsi vardı. Onlardan biri də Nəsimi idi. Onların əsas missiyası isə hürufizmi dünyada yaymaq idi. Nəsimi çox dindar adamdır. Onun şeirləri Allah haqqındadır. Bu qədər ali bir insanın hansısa bir erməninin qızına şeir həsr etməsi mümkün deyil. Çünki Nəsimi cismani şair deyil”.
Doğrudan da hürifilik haqqında ən yaxşı şeirlər müəllifini erməni qızı ilə bağlayan və bu səviyyəyə endirəcək bir səbəb tapmaq mümkün olmur.
İnsanın mücərrəd təsfiri ilə yanaşı Nəsmi üçün bu şeirin üslub xarakteri yoxdur. Baxmayaraq ki, hürufilər də İsanın xüsusi statusunu qəbul edirlər.
Çünki Nəsimi əvvəla monoteist şair idi. Müddəalarında tərsalarla bağlı müsbət düşüncələri yer alıb. Bir sözlə, Nəsimi çox ciddi adamdır.
Alim qeyd edir ki, Nəsimi həm də bir dərvişdir. Onlara isə eşq haqqında, qadınla bağlı düşünmək ilahi yasaqdır. DərvişlərAllaha görə hər şeyini paylaşır düşür dünyanı dolaşır.
Bəs erməni məsələsi Nəsimi yaradıcılığına necə transfer edilib?
Nəsiminin əlyazmaları “kifayət qədər”dir. Rahim müəllim bildirir ki, Nəsiminin əlyazmaları çoxdur: “XIV əsrdən üzü bəri onun əlyazmaları var. Hər birinin arasında kifayət qədər fərq mövcuddur. Burda sadə bir məntiq var: Nəsimi vacib şəxs idi və çox məşhur idi. Ona görə də onun adına çıxılan əlyazmaların sayı-hesabı yoxdur.
Adicə araşdıranda görmək olur ki, bir neçə Nəsimi var: “Qul Nəsimi”, “Seyid Nəsimi” kimi adamlar var. Təkcə, “Nəsihətnamə”nin üç əlyazması taplıb. Bunun heç biri Nəsiminin deyil axı”.
Araşdırmalara görə, 11 nəfər Nəsimi adından şair olub. Mümkündür ki, “Erməni” qəzəli də bu şairlərdən birinin imiş.
Alim qəzəllə bağlı daha maraqı bir versiya da bildirir: “Orta əsrlərdə ən yaxşı əsərləri müəllifləri yox, nəqqaşlar köçürüb, yazırdılar. Onlar əlyazmalara sevdikləri şeirləri də əlavə edirdilər”.
Mümkündür ki, bu mənfur qəzəl belə bir formada da əlyazmaya pərçim edilə bilərmiş.
Bir az da Nəsiminin dərvişliyindən danışaq. Hürufi şair, ekstaz şairi olub. İdeyalarının zirvəsində Allaha qovuşan bir şəxs imiş. Onun insanlara təbliğ etdiyi ideyalar birbaşa Allahla İnsan arasında əlaqə yaratmağa xidmət edirdi.
32 hərflə kod yaradan hürufilər məhz bu ekstazı təbliğ edirdi. Sözdən əvvəl Allahın yanında olduqlarını deyirdilər. Bir sözlə, şair lövhü-məhfuzda yazılan sözləri deyirdi.
O Nəimidən sonra ideyanı yaymaq missiyasını güdürdü. Nəinki, hansısa bir qadına şeir həsr etməyi.
Son olaraq daha bir arqumentə də nəzər salsaq pis olmaz.
Bu qəzəl Türkiyəli tanınmış tədqiqatçı Hüseyn Ayanın 2002-ci ildə Ankarada Türk Tarix Qurumu tərəfindən buraxılmış Nəsimi divanının 2 cildlik tənqidi mətnində yoxdur.
Anladınız yəqin, türklər bu işdə bizdən daha geniş imkanlara malikdirlər. Olsaydı çap edilməmiş qalmazdı.
İndi isə gələk sözügedən qəzələ
(Mənbə kimi bax - İ.Nəsimi "Seçilmiş əsərləri" ("Maarif"- 1985, tərtibçi Əlyar Səfərli, səh.87):
Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Handa bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni.
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Handa bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni.
Bu sözlərdən sonra bizə ancaq təəssüf etmək qaldı.
Barı, bundan sonra belə etməyək.
Daha ətraflı:http://atvxeber.az/news/fors-major/9914-edebiyyatimizda-boyuk-saxtakarliq
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.
Hiç yorum yok:
Yorum Gönder