Türkiyə-solçuluq qürub etmədi
İstanbulun Moskvada döyünən qəlbi.
Sovet dövründə Türkiyədə Kommunist Partiyasının (TKP)-nin qadağan edilməsi və SSRİ ilə Türkiyə arasındakı soyuqluq birmənalı olaraq bu ölkədə sol-kommunistləri ölümə yuvarladı. Amma, SSRi-nin KQB-si bu işi asanlıqla həll etdi. Tükrkiyəyə PKK adlı bir boyunbağı "hədiyyə" etdi.Türkiyə SSRi-yə olan nifrətini masson-Qərb "sevgisi" ilə əvəz etdi. Bütün bunlara baxmayaraq, Türkiyədə artıq "kommunizmin" toxumları əkilmişdi. Əgər fikir vermisinizsə, 1 may fəhlələrin həmrəylik günü Moskvadan daha yaxşı İstanbulda keçirilir. Hər il də qan və qada, qarşıdurmalar ilə yadda qalır.Türkiyədə nə qədər də basqı, repressiya altında qalsa da solçuluq zəhmətkeş və kasıb türk insanının qəlbində vardı. Amma, Ərdoğanın sərt mərkəzləşdirmə siyasəti insanların 10 illik yığılıb qalmış kinini odladı. Uğurlu xarici siyasət və iqtisadi inkişaf adı altında imitasiya edilmiş Ərdoğan amirliyi bir park vəsiləsi ilə süquta uğradı. Adi bir parkda qırılan ağacların müdafiəsinə qalxan solçu gəncləri Ərdoğan hikkə və qəzəblə amansızcasına boğmağa çalışdı. Bu cür amansızlıq isə başqa insanların da meydana çıxmasına səbəb oldu. solçusu, CHP-si , QHT-ləri və digər insanları ilə(hətta , məscid olayından sonra dindarları da) , məşhur simaları meydanlara axışdı. Qərbin "türk baharı" adlnadırdığı amma , Moskvanın ideoloji məhsullarının ortaya qoyduğu mövqe isə bütün oyunları bir balansdan digərinə dəyişdi. Cəmi iki ay öncə , Ərdoğan Əsədə bildirmişdi ki, öz xalqının qanına əlini batıran insan hakimiyətdə qala bilməz. Artıq İstanbulda qan da töküldü, Əsəd də bəyanat verdi.
Nəticə isə çox maraqlı alındı.
Türkiyə tarixində bir ilk yaşandı. Fərqli ideologiyalar bir məqsəd uğrunda birləşə bildi. Amma, bu birlik özlüyündə Türkiyədə 3 fərqli qüvvənin olduğunu da göstərdi -dinçilər, solçular, millətçilər. Ərodoğan hakimiyyətinə qarşı ümumi nifrət aşkarlandı. Bir də 10 illik hakimiyyəti ərzində bu Ərdoğanın verdiyi ilk "açıq" idi. Moskavada susurlar, Qərbin mövqeyi zatən, məlumdur-Ərdoğan qalmalıdır. Dəməşqdə isə bayram şənlikləri davam edir.
20 Haziran 2013 Perşembe
11 Haziran 2013 Salı
"...Təyyarəni vurmaqdan başqa yolu yoxdur, əks halda..."- TƏHLİL |
![]()
Ermənistan Xocalı aeroportu ilə bağlı iddiasından əl çəkmək istəmir. Rəsmi Bakı da öz mövqeyində israrlı görünür
Azərbaycanın mövqeyi konkretdir: “Vuracam”. Söhbət Xocalı aeroportuna istiqamət götürəcək təyyarənin vrulmasından – aviazərbədən gedir və əslinə bu mövqe yaranmış situasiyaya adekvat hesab oluna bilər. Gəlin bir qədər də dərinə gedək... Şübhəsiz ki, erməni tərəfi bu addımı atmaqla bir neçə məqsəd güdür: 1.Azərbaycanın reaksiyasını yoxlamaq; 2.Bu addımla Dağlıq Qarabağda faktiki sahibliyini (de-fakto) qəbul etdirmək; 3.Münaqişənin hüquqi və psixoloji mərhələsində üstünlük əldə etmək; 4.Münaqişə olacağı təqdirdə Ermənistanın potensial dəstəkçilərinin gücünü nümayiş etdirmək; 5.Azərbaycan ətrafında beynəlxalq ictimai qınaq mühitini formalaşdırmaq; Məsələnin ciddiliyini görən rəsmi Bakı baş verəcək münaqişədə hüquqi üstünlük yaratmaq üçün yanvarın 15-də “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq etdi. Ümumiyyətlə, Azərbaycan tərəfinin əsaslandığı bir çox hüquqi sənədlər var ki, onlardan biri də Çikaqo Konvensiyasıdır. Bu Konvesiyaya görə, dövlətin üzərindəki hava sahəsi ticari və mülki uçuşlar üçün açıq olmalıdır. Lakin ölkənin öz hava məkanı üzərində hegemonluğu saxlanılır (Konvensiyanın 1-ci maddəsi). Daimi, cədvəl üzərinə mülki uçuşlar quru dövlətin icazəsinə tabe olmalıdır(6-cı maddə). Quru dövləti tələb etdikdə, xarici mülki təyyarə enməlidir. Hətta quru ölkəsi təyyarəyə baxış keçirə bilər. Yeri gəlmişkən, qeyd edək ki, Xocalı aeroportu Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) nəzdində Azərbaycana aid hava limanı kimi qeydə alınıb. ICAO-nun siyahısında Xocalı aeroportu “UBES” kodu ilə keçir ki, “UB” ilə başlayan bütün aeroport kodları onun Azərbaycana aid olduğunu göstərir. Misal üçün qeyd edək ki, Bakı hava limanı UBBB olaraq qeyd olunub. Konvensiyaya uyğun olaraq qey edək ki, müqavilə ölkəsi müharibə şəraitində hava sərhədlərinə blok qoya bilər və ümumilikdə bu və ya başqa hallarda hava məkanından istifadəni özü müəyyənləşdirə bilər. Ermənistan işğalçı dövlət kimi artıq beynəlxlaq qurumlar tərəfindən də tanınıb. Məsələnin Ermənistanın mövqeyi ilə izahı isə tamam başqa detallara söykənir . Demək olar ki, məsələ daha çox psixoloji sferaya keçib.Ermənistan bu addımı atmaqla inanmır ki, Azərbaycan tərəfi təyyarəyə zərbə endirə bilər. Çünki, Ermənistan bura mülki təyyarə göndərməyi planlaşdırır . Görünür erməni tərəfi nəzərdən qaçırır ki, tarixdə mülki təyyarələrin məhv edilməsi ilə bağlı xeyli presedent(hüquqi fakt) mövcuddur. İkincisi, ermənilər beynəlxalq ictimaiyyətin qınağına arxalanırlar. Qınağa qalanda, təkcə BMT TŞ -nın işğal olunmuş rayonlarla bağlı 4 qətnaməsi və region dövlətləri və qurumlarının bəyanatları var. Hansı qınaq Ermənistana ciddi təsir göstərə bilir? O zaman Azərbaycan nədən beynəlxalq qınağa fikir verməlidir?! Ortada Ramil Səfərov nümunəsi də var. Az qala bütün dünya Azərbaycanın üstünə gəldi. Bunula nəyə nail ola bildilər ki? Düzdür, rəsmi Bakı bu məsələni İKAO-ya çıxarmaqla indiki sitiasiyanın yaranmasına imkan verməyə də bilərdi. Sözügedən təşkilat prosesin qarşısını daha sadə yolla almaq imkanlarına malikdir. Amma bunlar baş vermədi. Azərbaycan tərəfi “vuracam” kimi birmənalı və kifayət qədər açıq mövqe sərgiləmklə əslində özünü çıxılmaz vəziyyətə saldı. Artıq başqa variantlara əl atılması da prinsipcə mümkün deyil. Xocalıya təyyarınin enməsi Azərbaycanın nüfuzuna ciddi xələl gətirəcək, “regionun güclü ölkəsi”, "Qafqazın ən qüdrətli ordusu" kimi təsəvvürləri dağıdacaq. Bundan başqa, psixoloji üstünlük də “əlini-qolunu sallayıb” erməni tərəfinə keçəcək. Odur ki, Azərbaycan Xocalı aeroportuna enmək istəyən təyyarəni, sərnişinlərinin kimliyi və statusundan asılı olmayaraq vurmalı və beynəlxalq qınaqlar qarşısında duruş gətirməyə hazır olmalıdır.
Əziz Əlibəyli
|
Azərbaycan öz ərazilərində niyə hərbi əməliyyatlara başlamır?

“Buradan Dağlıq Qarabağın erməni icmasına müraciət edirəm. 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşayan ermənilər orada öz yaşayışlarını davam etdirə bilərlər. Buna onların hüquqi baxımdan haqqı var. Çünki Azərbaycan vətəndaşlarıdır. Ancaq bunun üçün onlar Azərbaycan vətəndaşlığını rəsmi və hüquqi baxımdan qəbul etməlidirlər”.
Bu fkirləri jurnalistlərə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovbildirib. Əslində məsələnin bu cür qoyuluşu Dağlıq Qarabağ ətrafında davam edən üzücü, nəticəsiz və yorucu danışıqların davam etməsi deməkdir. Burada da məsələni dolaşıq salan problemə fərqli prizmadan yanaşmaqdır. Əgər , Azərbaycan tərəfi ən yüksək muxtariyyət verməklə , erməniləri vətəndaşı kimi qəbul edirsə, ermənilər referendum keçirməklə bölgənin hüquqi statusuna aydınlıq gətirilməsinin tələb edirlər. Məlumdur ki, bu istək BMT-nin "xalqalrın öz müqəddəratını təyin etmək" prinsipi ilə dəstəklənir. Belə demək olarsa, Azərbaycan öz daxili münaqişəsini beynəlxalq arenaya çıxarmaqla etdiyi səhvi mədəni şəkildə etiraf etməyə başlayıb. B.Səfərovun bu sözləri mövcud durumu lazımınca ifadə edir. O qeyd edib ki, istənilən halda Azərbaycan xalqı ərazilərinin gələcək taleyi haqda özü qərar verməlidir. Zərurət yaranarsa ərazilərimizi hərbi yolla aradan qaldıracağıq: “Ermənilərin işğal prosesini uzatmaqda davam etməyə çalışmaları isə təbiidir. Bununla onlar hərbi əməliyyatlar zamanı törətdikləri cinayət əməllərini ört-basdır etməyə çalışırlar”.
Hər-halda 20 illik danışıqlara kölgə salmaq fikrindən uzağıq. Amma hələ də Azərbaycanın öz daxili ərazisində hərbi əməliyyat (müharibə deyil) aparmaması könüllü şəkildə torpaqların qondarma "DQR"-ə təslim edilməsi deməkdir.
Əziz Əlibəyli
10 Haziran 2013 Pazartesi
Bizi niyə vətənsevərlikdən məhrum edirlər?

Əziz Əlibəyli
Dəyərli dostlarım, " İranın əsassız olduğunu göstərən 9 arqument - İRANA TARİX DƏRSİ" adlı yazım İran vəkilinin "Türkmənçay" müqaviləsinə yenidən baxmaqla bağlı bəyənatından sonraya təsadüf etdi. 10 apreldə əksər saytlarda yayımlanan bu yazının meydana çıxmasından 2 ay keçir. Amma, sosial şəbəkələrdəki şəxsi hesablarıma gələn tənqid, təzyiq və hədə dolu(müxtəlif dillərdə) mesajlar səngimək bilmir. Yazı , bu vaxt ərzində türk, ingilis, erməni, fars və rus dillərinə çevrilib və bu ölkərədə yayımlanıb. Məqalə müəllifinin isə ünvanına təhqirlər yer alıb. Mətni rus və erməni dilinə çevirən Rostov mənşəli erməni jurnalisti F. Akorov özünün sahəsinə aid olmayan , beynəlxalq hüquq və münsibətlərə dair "geniş təhlil işləri " aparıb.
Əsassız arqumentlərə nəzər salaq: " в-восьмых, “Азербайджанская Республика и ИРИ как члены ООН поставили свои подписи под итоговым документом (о каком именно документе идет речь, не говорится". Bu yazı beynəlxalq məsələlərlə bağlı spesifik yanaşmadır. Beynəlxalq münasibətlərlə məşğul olan hər bir kəs bilir ki, BMT-nin yekun müqaviləsi dedikdə 1945-ci il də yaradılımış təşkilatın qəbul edilmiş nizamnaməsi nəzərdə tutulur.
в-девятых, “международная безопасность, некоторые документы присоединения (?) и международные договора (?) продолжают доказывать несостоятельность позиции Ирана”
Burda anlaşılmaz nə var ki, qoşulma sənədləri -paktlar və təhlükəsizlik müqavilələrini hamısını bir-bir sadalamağa nə ehtiyac vardı ?
Bu cür münasibət onu göstərir ki, bizdən kənarda güclü informasiya məkanı mövcuddur. İkincisi, Onlara xoş gəlməyən istənilən mövqeni öz maraqlarına uyğun tez bir şəkildə çevirib yayırlar.
Üçüncüsü, maraqları milli təhlükəsizliyimizə zidd ölkələrin birgəliyi və təşkilatlanmağı bizi ayıltmalıdır.
Biz nə etməliyik ki? gündə bir dövlətin "məsiliyyətsiz rəhbəri" Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəcək, biz də susacağıq? olmaz. mənim əlimdən gələn - bacardığım budursa, milli dövlətçiliyimiz naminə bunu edəcəyəm. Yetərki, vətəndaşlarımız, milli düşüncəli insanlarımız ayıq olsun. Müdafiə olunmağı da bacarmalıyıq.
Bir gün olmayacaq Lenin..
Əslində şəhər həyat tərzində belə şeyləri hiss etmək mümkün olmur.İnsanlar oxşar paltarlar sayəsində inteqrasiya edib, amma qarnının nə ilə doldurduğunun bir anlamı olmasa da.. bir az daha məzlum və əzabkeş insanları görmək üçün mərkəzdən 500 km aralı rayonlardan birinə buyurmaq kifayət edər. Uşaq vaxtları SSRİ dərsliklərində əmək qəhrəmanlarının günün şüasından yanmış, qabar tutumuş şəkillərinin canlı nümayəndəsini görmək mümkündür. Kənd müasir Azərbaycanın unudulmuş üstünü toz basmış ASE-dır. könəlmiş evlər, sınıq-salxaq darvazalar və sellofandan tikilib, küləyin param-parça etdiyi pəncərələr.. Evlərin daş divarlarında onun neçənci ildə tikildiyi yazılıb, (ən çox 60- ci illər ) belə evlərin həyətinin çəpəri qalın daş divarlı hasarlara dayanır və bu hasardan o yanda , bu evin tam tərsi olan imarət ucalır. Qəribəsi odur ki, 40-50 il əvvəl bu yarıuçuq daxmada 8-10 uşaq-hamısı da qırmızıyanaq, sağlam şəkildə böyüyərdi.Amma indi insansız qalan bu daxmanın yanında müasir evin 5 illik evli ailəsi it-pişik saxlayır. İroniya budur, özü də bütün Azərbaycanın xarakterik ironiyasıdır, acı mənzərəsidir.Maşından düşdüyün anda, ayaqqabılarını tozlu kənd yollarına basdığının ilk fərqini asfaltın olmamasında görürsən,arada-sırada sovetdənqalma " Villislər" yanından ora-bura keçdikcə yaranan tozdan 5 dəqiqə yolu görmürsən.Cəmi , 5 dəqiqə əvvəl təmiz bir şəkildə idinsə, mütləq hamam ehtiyacın var. Bəs burdakı insanlar adam deyilmi? hər gün hamam mümkün olurmu? ıra-sıra düzülmüş evlərin 5-də birində tüstü bacadan fırlayib səmaya qalxır.Kənd boşdur.Bu gün boşalmayıb, Düz 10 il əvvəl ayaqlarında 30 qəpiklik ucuz iran qaloşu olan uşaqlara dolu idi buralar. Hər evdən yançağı açıq, kirli-pasaxlı balacalar kəndin ortasında ora-bura top qovur, mal-qoyun arxasınca dağda-təpədə dolaşırdı. Böyüyən insanı işsizlik təhdid etdi. Aclıq təhlükəsi insanı fəhlə, muzdlu əməyə və istismarçı əlindəki fürsətə çevirdi.Rusiyada yaşayanların həyətində, bacasında, təsərüffat sahəsində muzda çalışan , yol ayrıclarında boyunlarını büküb qul talelərini gözləyən yüzlərlə qullar əmələ gəldi. Bakı adı ilə şəhərin, Sabunçunun zibillikləri yaşayış evləri ilə doldu. Qeydiyyatsız və hər gün uçurulma qorxusu ilə geclələr evlərini tikdilər.Boşalmış kənd, boşalmış rayon oldu. Düşüncələrimlə yeriyə-yeriyə söhbət edən iki-üç qocanın yanında dayandım.Sual verdim :"İşsizlik kəndləri boş qoydu. İndi də aclıq meydana çıxıb, əvvllər kartof əkərdik, normal qiymətə də satardıq. Dolanmaq üçün paltarımızı, yeməyimizi, xeyirə-şərə xərclərimizi çıxarardıq.Artıq o da yoxdur, çünki, məhsulu heç kəs almır. alıcı olmayan məhsula kim xərcə çəkər ki?həm də bundan başqa bizim nəyimiz vardı ki? (Monopoliya irandan, Türkiyədən ikinci sort, heyvana verilən kartof məhsulunu ölkəyə gətirdi.Yerli keyfiyyətli məhsul alıcı problemi ucbatından iflas etdi. ) hanı, Sovetin dövrü? Nostaljiyə vardı,adam haqlı idi. Müstəqillik dövründə , böyütdüyü uşaqların hamısı Rusiyanın çöllərində idi.Pensiyası nəyə çatır ki, Kəndlərə qaz əvəzinə qadağa veriblər.Qış yanacağı odun ehtiyatıdır, Qeyri-qanuni satışı(1 maşın üçün) 300 azn-dir.satışı da rəsmən qadağandır, di buyurun, yaşamağa.Əlləri çat-çat üzündə ağır zəhmətin və əzablı həyatın yazıldığı insanlar.Lenin, Sovet insanlara yaşamaq üçün həvəs verirdi, pul verirdi, təhsil verirdi, pensiya verirdi.Müstəqilliyi dadmağa macal tapmamış hamısını bircə-bircə itirməyə başladı.Ona görə də mənəvidəyərləri nəzərə almamaqda və sovetlərin nostaljisində yaşamaqda adamlar haqlıdır.Axı müstəqilliyi qazanmamışdıq ki, sovetlərin verdiyi yaxşı nə vardısa itirsinlər?..Gədəbəydə idik.Tanrı insanları yaradanda bərabər yaradıb.Yəqin ki, yerin hər bir tərəfi də bərabər şəkildə, eynidir.Amma nədənsə, hələ də Gədəbəy Azərbaycan ola bilmir..
9 Haziran 2013 Pazar
İranın əsassız olduğunu göstərən 9 arqument - İRANA TARİX DƏRSİ
İran -Azərbaycan münasibətlərində "Türkmənçay" sülh müqaviləsi daim müzakirə mövzularından biri olub. İki ölkə arasında diplomatik ritorika qismən sərtləşən kimi, xüsusilə də İran tərəfindən Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxmaqla bağlı bəyənatlar səslənir.
Əslində, Azərbaycan üçün də bu məsələyə yenidən baxmaq olduqca vacibdir. Amma problem ondadır ki, hər iki dövlət müqaviləyə fərqli prizmadan yanaşmaqdadır. Qısaca olaraq, qeyd edık ki, Türkmənçay müqaviləsi 10 fevral 1828-ci ildə ikinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq Türkmənçay kəndində bağlanıb. Dəqiq tarixi faktlara görə, Şimali Azərbaycan o zaman İranın daxili torpaqları olmayıb. Azərbaycan Nadir şahın imperiyasının süqutundan sonra yaranan xanlıqlardan ibarət olub. İran , İraq, Gürcüstan, Ermənistan, Türkiyənin şərqi və Azərbaycan da daxil olmaqla hamısı ondan 100 il əvvəl Səfəvi -türk imperiyasının torpaqları idi. Xanlıqlar zamanı Cənubda güclənən qacaralar(bunlar da türkdür) Şimaldakı xanlıqlara hücum edərək onları birləşdirməyə çalışırdı, Şimalda isə Rusiya istilalarını davam etdirirdi. 1813-cü il Gülüstan müqaviləsi Azərbaycanı parçaladı. (Cənubi Azərbaycanda mökəmlənən qacarlar türk olmaqlarına baxmayaraq özlərini İran adlandırdılar və ona görə bəzi tarixçilər onların şimala hücumunu İranın hücumu kimi təqdim edirlər) Sonra da Türkmənçay müqaviləsilə Azərbaycan İran və Rusiya arasında Araz çayı əsas sərhəd olmaqla ikiyə bölündü.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda İran Paris sülh konfransına nümayəndə yolladı ki, AXC müstəqil olaraq tanınmasın və İrana birləşdirilsin. AXC-nin ANTANTA tərəfindən de-fakto müstəqilliyinin tanınması İranın əl-qolunu bağladı . O, hətta daha irəli gedərək AXC-nin de-jure olaraq müstəqilliyini tanıdı. Hətta, İran, Sovetlər Birliyi yaradılanda Türkmənçay müqaviləsinə sadiqliyini nümayiş etdirdi.
Amma 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndə İran bu dəfə də Azərbaycan ərazisinin öz tarixi torpağı olduğunu bəyan etdi və Azərbaycanın ona birləşdirilməsini istədi. Son 21 ildə İran vaxtaşırı bu məsələni gündəmə gətirməkdədirlər. Bu günlərdə Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən bu haqda qanun layihəsini yaxın vaxtlarda parlamentə təqdim edəcəklərini bildirib. İran tərəfinin fikrincə , müqavilənin başa çatması onun artıq ləğv edilməsi anlamına gəlir. Bunun üçün də yenidən müqavilədən əvvəlki vəziyyət bərpa edilməlidir. Belə olduqda, guya Azərbaycan Respublikası İrana birləşdirilməlidir. Bu halda İrana onun qarşısında dayanan maneələri bir-bir sadalamaq Azərbaycan tərəfinin əsas vəzifəsidir.
Əvvəla, müqavilədə (maddə 3.) "Arazın o tayı və bu tayı" ifadələrində və dəqiq ifadə edilmiş sərhədd nöqtələrində adıçəkilən torpaqlar İran ərazisi kimi qeyd edilməyib və tarixən də bu torpaqlar İran adıyla tanınmayıb;
İkincisi, Azərbaycanla İran bir dövlət tərkibində olublar-Səfəvilər və Nadir, hər ikisinin də rəhbəri türkdür, fars deyil;(yəni, İran özü Azərbaycan dövlətinin tərkibində olub).
Üçüncüsü, İran özü də 20-ci əsrin 20-ci ilinə kimi türk sülaləsinin idarəçiliyində olub;
Dördüncüsü, farsların İran dövlətçiliyi VII əsrdə ərəblərin istilası ilə ləğv edilmişdi(ona qədər isə Albaniya mövcud idi) ;
Beşincisi, İranın istinad etdiyi Türkmənçay müqaviləsinin vaxtının haçan bitməsi haqda bənd yoxdur və müqavilənin ləğvetmə mexanizmi mövcud deyil ;
Altıncısı, hələ, yüz il əvvəl, Çar Rusiyası dağılanda və AXC de-fakto(İranın özü isə de-yure) tanınanda müqvilənin faktiki olaraq şərtləri işləmirdi və ölü sənədə çevrilmişdi;
Yeddincisi, Türkmənçay müqaviləsini İran adına imzalayan şəxs Qacar-türk nümayəndəsi idi, fars deyil;
Səkkizincisi, Azərbaycan Respublikası və İİR BMT üzvü olaraq yekun müqaviləsinə imza atıblar və beynəlxalq hüququn əsas prinsiplərindən biri olan - Ərazi bütövlüyünün toxunulmzalığı prinsipinə riayət etməyə borcludurlar;
Doqquzuncusu, beynəlxalq təhlükəsizlik, bir sıra qoşulma sənədləri və beynəlxalq müqavilələr İranın əsassız olduğunu sübut etməkdədir;
Təəssüf ki, hələ sadalamadığımız kifayət qədər arqumentlərin fonunda İran öz çirkin niyyətlərini həyata keçirməyə can atmaqdadır. Bu da başa düşüləndir. Bu onun öz suverenliyini qorumaq üçün Cənubi Azərbaycanın müstəqilliyə doğru addımlayan cəhdlərini önləmək istəyidir.
Əgər keçmişə qalsa və tarixə istinad edilsə, İran gərək bu gün 1.6 milyon kv.km deyil, 3.8 milyon kv.km Azərbaycanın tərkib hissəsi ola.
Əziz Əlibəyli
Kaydol:
Kayıtlar (Atom)