11 Mayıs 2014 Pazar

Arvadına görə atasını güllələdi - GİZLİ TARİX(x)

Arvadına görə atasını güllələdi - GİZLİ TARİX

20 Aprel 2014 - 20:55       Oxunub: 3047 dəfə

Allahyar bəyə kişilik dərsi

Mustafa ağa uzun müddət "Şah Talasında" Məcid ağanın yanında qonaq qalır. Xeyli əvvəl, atasının ölümündən sonra  onun yurdunu tapdalayıb, sahib çıxan Allahyar bəyi  aynalı tüfənginin qonağı etmək üçün üzü Şəkərbəyə tərəf yol alır. Bu köçün başında özü, Məcid ağa və çoxlu sayda qohum-qardaşdan ibarət silahlı dəstə irəliləyir, arxadan isə, mal-qara köçü yoladavam edir.

Allahyar bəy Yelzavetpol Qubarnatoru tərəfindən Tovuzqarışıq nümayəndə təyin olunduğu "Xınna dərəsi"nə və ona yaxın olan bütün kəndlərin yaylaq yerlərinə  sahib olaraq ortaya çıxır.
Və bu gün onun yatıb-qalxdığı yaylaq- kənd yeri  Yaqub ağanın ölmündən sonra boş qalmış Şəkərbəy kəndi idi.
Allahyar bəy gecədən  hücum xəbərini almışdı. Dağların ətəyində yerləşən Şəkərbəy  kəndi dik qaya başında məğrurla dayanmış sərt canavara bənzəyirdi.

Bu yalquzaq təslim olmağı deyil, hücuma doğru hücum etməyi qarşısına məqsəd qoymuşdu. Dan üzü, bütün Şəkərbəyə doğru çıxan yolllarda, hər kol dibində, hər qaya başında bir əli silahlı Mustafa ağanı ata yurdunda məhv etməyi düşünür.
Köç kəndi keçib yaylaq yerinə vardıqdan sonra da, heç kim görünmür. Allahyar bəy kələk gəlmişdi. Mustafa ağanı dostları ilə birgə mühasirəyə salmış və məhv etmək üçün yetişəcək ləzzət dolu anı gözləyir.
Həyətin ortasında dayanan  Mustafa ağa çox da  gözləməli olmur.
Allahyar bəy əlində naqan birbaşa ona tərəf irəliləyir.

Ona kişilikdən dəm vuran bəy ağanı sözü ilə tərkislah edəcəyinə əmin idi.
Amma, cavan, dəli-dolu ağanı başa salmaq üçün onun bicliyi və təcürbəsi yetmədi  olmur.

Qısaca, dialoqdan sonra atdan düşən Mustafa ağanı qəzəbi şahə qalxır.Silahını kənara ataraq Allahyar bəyin üstünə şığıyır, əl atıb bəyin boğazında keçən şah damarını dartıb bayıra çıxarır.

Allahyar bəy səhvinin qurbanı oldu. Silahlıları isə başçılarının məhvindən sonra təslimin  daha ağıllı seçim olacağını anlamışdılar.
Artıq, Mustafa ağa Şəkərbəyin sahibi idi, gecədən xeyli keçənə qədər qələbə sədaları davam edirdi.



Atasını güllələdi...

Qara Musanın adı gələndə  "Şah Talası"nda qorxusundan gizlənməyən adam qalmazmış.
O, dəhşətli repressiyanın əzablarını öz üstündə təcrübədən  keçirmiş adam idi. İndinin özündə də onun haqqında danışanlar Musanın sifətini yaddan çıxarmadıqlarını deyirlər. Dəhşətli dərəcədə qorxunc simaya malik olan bu adamın həyatı da qara rənglərlə dolu olub.

Olduqca əsəbi olması başından bir an da,  olsa bəlanı əskik etməyib. Yerli əhalidən tutmuş - rus əsgərlərinə qədər divan tutmadığı adam qoymayıb.

Musa Mustafa ağanın əmisi oğlu olan Məcid ağanın  bacısı oğludur.
Sözünün üstünə söz deyəcək olan adamı yerindəcə güllələyir.
Atasına qarşı etdiyi əməl isə onun bütün işlərinin ən qeyri-adisinə çevrilir.

Bir gün evə daxil olan Musa atasının onun həyat yoldaşını söyməsini eşitdikdə qəzəblənir.Kişini məzəmmət  edir ki, söyməsin. Bu dəfə hədəf özü olur.
Əsəbiləşən qara Musa tüfəngi çevirib kişini güllələyir.

Güllə səsinin əks-sədası bütün "Şah Tala"sını bürüyür. Bir addımlıqda olan Məcid ağa güllə səsinə Musagilə yüyürür.

Musa isə atasını güllələdikdən sonra  Məcid ağanın onlara tərəf gəldiyini görüb,arxa qapıdan evi tərk edir.
Məcid ağa otağa daxil olanda artıq Musanın atası canını tapşırmış olur.

Bütün nəsil yığışır, yaqubluların axtarmadığı  yer qalmır, amma Musa tapılmır.

Kişinin yeddi mərsimi verilir və hər kəs  evinə-eşiyinə yığışır.
Məcid ağa isə  uzun müddət Musanı axtarsa da tapa bilmir.

Bir gün otağında əyləşib Musa haqqında düşünən Məcid ağa gözlənilməz hadisənin şahidi olur.
Otağın qapısı döyülmədən açılır, Musa əlində silah dayısına tərəf qaçır. Bir adımlığına çatanda diz çökür.
Silahını, patrondaşını yerə töküb, bağırır:
Öldür  məni, dayı!

Bir həftədən artıqdır ki, həqiqətən də Məcid ağanın öldürmək üçün axtardığı Qara Musa ortaya çıxmış,üstəlik ölümünü də xahiş edirdi.

Məcdi ağa heyrətə düşür.Qarşısında fələyin belə əyə bilmədiyi əjdahayabənzər  adamın ikiqat olması onu fikrindən daşındırır.

Əli ilə işarə edir, Musa  ayağa qalxır.
Məcid ağa Musaya deyir:
-Səni öldürmürəm, amma sualıma kişi cavabı ver.Bir həftə idi harda gizlənmişdin?

Qara Musa atasını öldürən kimi ağlına gələn ən təhlükəsiz yer elə Məcid ağanın evinin damı imiş.

Kişi qaçıb burda gizlənir və evdə adam olmayan kimi xəlvətcə, mətbəxə girir çörək götürüb yuxarı çıxırmış.
Məcid ağa qabağına gələn ölüm arzusunu geri çevirir.

Qara Musa isə əvəzində  SSRİ məhkəməsinin qərarı ilə güllələnə qədər Məcid ağanın silahdaşı kimi yaşayır.
(Yazının əvvəli burda.. http://1937.az/authors/96)

(Ardı var)


Əziz Əlibəyli

Hiç yorum yok:

Yorum Gönder