25 Mayıs 2014 Pazar

Ürəyi partlayan azərbaycanlı ağanı erməni dustaq necə dəfn edib? - FOTO

Ürəyi partlayan azərbaycanlı ağanı erməni dustaq necə dəfn edib? - FOTO

25 May 2014 - 19:09       Oxunub: 90 dəfə

Mustafa ağanın həbsi

Mustafa ağanın həbs edilməsi ilə bağlı göstəriş birbaşa Mərkəzdən gəlir: Mustafa ağa və ərtaf ərazilərdə yaşayan antiinqilabçı ünsürlər bir nəfərə qədər məhv edilməlidir.

Mustafa ağa Yaqublu ağaları ilə müzakirələrə  davam etmək üçün gedir. Məcid ağanın başçılığı ilə başlayan mübarizəyə qoşulmaq imkanlarını müzakirə etmək üçün  "Şah Talası"na yollanır.

Günlər sonra, Şəkərbəyə varid olan bolşevik qüvvələri  Mustafa ağanı tapmayanda onun ailəsini girov götürür.

Mustafa ağa kəndə gəlir, idarədən gələn çağırış onu   danışıqlara başlamağa vadar edir.Ailəsinin girovluqda qalmasına razı olmayan Mustafa ağa ÇEKA-ya gəlir.

İçəri - rəisin qəbuluna daxil olan Mustafa ağanı gözlənilməz sürpriz heç də qorxuda bilmir.

Qəflətən, ucaboy,div görünüşlü Mustafa ağanın üstünə 4 əsgər atılır.

Hirsli ağa bir göz qırpımında əsgərləri baş-başa vuraraq yerindəcə öldürür.

Mustafa ağa burda - ailəsini qurtarmaq üçün gəldiyi idarədə həbs edilir.


Çardaqlıda hadisə


Gözlənilmədən həbs еtdikdən sоnrа, Mustаfа  аğаnı Şəmkir həbsхаnаsınа аpаrırlаr.

Şəmkir həbsхаnаsınа gedən  yоl, еrmənilərin sıх yаşаdığı Çаrdаqlı kəndinin düz оrtаsındаn kеçirdi.
Kəndə girhаgirdə Mustаfа аğа, qürurunu pоzmаdаn, оnu silаh qаbаğındа аpаrаn əsgərlərə üzünü tutub dеdi: "Аy gədə, insafınız olsun, qоllаrımı аçın, silаhımı dа vеrin özümə!.. Аmаnın bir günüdür, məni еrmənilərin gözləri qаrşısındаn qоllаrı bаğlı, silаhsız kеçirməyin!..

Qоrхmаyın, mən sözümün аğаsıyаm, nаmərdlik  еləmərəm!.. Kənddən çıхаn kimi, yеnə də silаhımı аlıb,

qоllаrımı bаğlаrsınız!» Əsgərlər, Mustаfа аğаnın istəyinə еtinаsız
yаnаşmаq istəyəndə, аğа bir dаhа хаhiş еtdi: «Əgər,  dоğrudаn dа sizdə insаn qаnı, insаn ürəyi vаrsа, məni  düşmən qаrşısındа аlçаldıb, о kаfirləri mənə  güldürməyin! insаfınız, mürvətiniz оlsun, аçın
qоllаrımı!..

Ay allah köməyiniz olsun!.. Đndi silаhımı dа  vеrin özümə!.. Ay uşaq, ağciyər оlmаyın, Mustafa ağa  namərdlik eləməz, dedim sizə!..»

Mustаfа аğаnın qоllаrını аçdılаr və silаhını dа  özünə qаytаrdılаr. Аğа, həmişəki məğrur görkəmlə
аtını sürməyə bаşlаdı.

Kəndаrаsı yоlun sаğ-sоl  tərəflərində düzülüb, gələn-gеdənə göz qоyаn
еrməniləri nifrətlə süzə-süzə, qаmətini bir аz dа düzəltdi, silаhını bir аz dа dik qаldırdı və irəliləyib,
əsgərlərin nəzаrətilə kənddən çıхdı… (Bu fakt Zəka Vilayətoğlunun "Şah ölüm" romanından götürülüb).

****

Şəmkir həbsxanasında saxlanılan Mustafa ağanı heç nəyə məcbur etmək mümkün ol mur. Bolşevik hakimiyyətini qəbul etməyən Mustafa ağanı  Bakıya -gedər-gəlməz zindanına, Bayıl qalasına göndərirlər.

Şəmkir -Bakı qatarı Dəliməmmədli stansiyasından yola düşəndən az sonra qara atın belində, əlində tüfəng bir nəfər qatarın arxasınca hücum edir.

Əlindəki   dolu on atılanı bütünlüklə  vaqonlara boşaldır. Atla dəmir vaqona hücum çəkib Mustafa ağanı qurtarmağa çalışan şəxs, bütün qırmızı qüvvələrin dağlarda axtardığı,yüzlərlə rus   əsgərini qanına-qəltan edib, onlara əsl cəhənnəm yaradan Məcid ağa idi.

Mustafa ağanın həbsidən gec xəbər tutan Məcid ağa onu qurtamraq üçün də gecikmişdi. Son fürsətini dəmir vaqonları güllələməklə ödəmişdi.


Bayıl türməsində ölüm


Mustafa ağa Bayıl türməsində  başqa xalaq düşmənləri ilə eyni kamerada saxlanır. İstintaq ağır və yorucu keçsə də dağ vuqarlı bu şəxsi əymək, təslim etmək mümkün olmur.

 Təsadüf bu dəfə də onu Zaqataldan olan ləzgi dostu Muradla bu dəfər fərqli məkanda, Bayıl türməsində qarşılaşdırır.

 Çox sonralar,Murad bu haqda deyərmiş ki, Mustafa ağa son günə qədər Məcid ağanın onu bu, dördtərəfli cəhənnmədən xilas edəcəyini gözləmişdi.

Bayıl türməsində ortada dirəyin başında quraşdırlmış böyük dinomofonda hər səhər öldürülən xalq düşmələrinin adı səsləndirilirdi.
Yaz günlərinin birində radio ilə edilən elandan sonra, Mustafa ağa artıq hər şeyin itirildiyini, son ümidin də yox olduğunu anlayır.

Radioda deyilirdi ki, uzun müddət Şura dövlətinə qarşı mübarizə aparmış, qolçomaq, quldur Məcid ağanınbandit dəstəsi ləğv edilib. Özü isə öldürülübdür.

Mustafa ağa bu xəbərdən sonra istintaqa ifadədən imtina edir,verilən yeməyi torpağa tökür və ac-sussuz olmasına baxmayaraq 8 gündən sonra ürəyi partlayır.

Bütov mübarizənin həlqələrindən daha biri qoparaq qırılıb düşür.

Mustafa ağanın  meyitini dustaqlardan birinə-dəfn etmək üçün təhvil verirlər.

Erməni olan bu dustaq Mustafa ağanı dəfn edib-etməməsi də qaranlıq qalan məsələlərdən biri olur.

Bəraət  dövründə dustaq nömrəsinə uyğun olaraq qohumlarının axtardığı Mustafa ağanın dəfn edildiyi qəbrin boş olduğu, orda heç kimin dəfn edilmədiyi məlum olur.

 Çox guman ki, erməni dustaq onun meyitini dəfn etmək əvəzinə dənizə atmışdı.

 Bu işin ən pis tərəfi o idi ki, daşnaklara, ermənilərə qarşı mübarizənin əsas qəhrəmanı olan Mustafa ağa son mənzilə də erməni əlləri ilə, amma naməlum istiqamətə yola salınmışdı.

(Yazının əvvəli üçün: http://publika.az/p/20464)

(Davamı var)

Əziz Əlibəyli

18 Mayıs 2014 Pazar

Dinamofon susdu: "Yoldaş Stalin dünyasını dəyişdi" - GİZLİ TARİX

Dinamofon susdu: "Yoldaş Stalin dünyasını dəyişdi" - GİZLİ TARİX

18 May 2014 - 21:55       Oxunub: 328 dəfə
Molla oğlu komsomol
                           
Məmmədov Əliabbas Abbas oğlu  1921-ci ildə Ucarın Rəstəcə kəndində dünyaya göz açır.

Orta təhsildən sonra Əliabbasın yolu Bakı partiya məktəbinə düşür.

 Babaları QULAQ  elan edilib, var- dövləti  əlindən alınan Əliabbas (Ata babası Hacı Adgözəl bəy tanınmış bəylərdən biri olub. Ana babası Yüzbaşı  Süleyman bəy olub.)sonralar 2 illik partiya məktəbini  də bitirir.

Göyçayda yerləşən  Komsomol partiya təşkilat katibliyinin məsul  işçisi işləməyə başlayır.

Nəhayət, hər şey  müharibənin başlaması ilə dəyişir.

Əliabbas 1941-ci ildə 416-ci Taqarnoq divizyası ilə Gürcüstana ordan Rusiyayanın müharibə gedən bölgələrinə yollanır.

4-cü tank diviziyasında döyüş yoluna başlayır. Belorusiya cəbhəsinin qanlı döyüşləri  zamanı 1944-cü ildə ağır  yaralanır və Leninqradda qospitalda müharibəyə daha yaramadığı üçün ezam edilir.

1-ci dərəcəli müharibə əlili kimi  vətəninə dönür. Atası Molla Abbas vaxtilə tacir olsa da öz var-dövlətini kasıblara paylayıb yaşadığı kənddən çıxır və  Ucar dəmir yolu stansiyasının yaxınlığında qamış  ev tikir və mollalığa başlayır.


Əliabbas ı katib olur


Elə bu vaxt  müharibədən yaralı qayıdan Əliabbas atasının qarğı evində məskən salır. Günlərin birində Mərkəzdən onun adına əmr gəlir:  Komosomol partiya təşkilatının 1-ci katibi  təyin edilir.

Mühairbə başa çatsa da , az sonra cəmiyyətdə ikinci repressiya dalğasına start verilir.

Qələbədən bir neçə ay sonra  Əliabbas kabinetində oturduğu vaxt  otağa 3 nəfər daxil olur.

Qara şlemdə olan şəxs   ona rus dilində "dur, aparmağa gəlmişik səni" -deyir.

Əliabbas bu işin səbəbini  öyrənməyə çalışsa da "adım Viktordur" deyən adam baş idarənin göstəriş var deyib onun  qoluna qandal taxır və maşına əyləşdirib aparırlar.


Bağırovla  görüş


"MK binasına pilləkənlərlə qalxırıq , gecə saat 3 olar, qapının arxasında dayanırıq, iki nəfər  qolumdan tutur , Viktor isə otağa daxil olur.  Bayırda dəhşətli  külək əsir  ailəmlə vidalaşa bilmədiyimə, ağsaqqal atamdan xeyir- dua ala bilmədiyimə görə çox məyusam.Viktorun səsi məni düşüncələrdən ayırdı.

O deyirdi:  "İcazə olar, yoldaş Bağırov"

 İçəridən səs gəlir:Gətirdiniz?

 -Bəli,- deyə cavab verir,

Məni otağa salırlar. Yoldaş Bağırov" heç dəyişilməyib" eynəyinin altından mənə baxaraq deyir.0

- Mamedov, əyləş.

-Bunlarlamı?-  qandalları göstərdim.

-Açın əllərini!

 Və məni gətirənlər otağı tərk etdi.

-Mamedov, sən yaxşı  yoldaşsan, fəal işçisən, müharibədə şücaətlərin çox olub.Gördüyün Viktor Moskvadan məhz sənin arxanca gəlib.  Şəxsi işimi açıb qarşısına qoydu.

- Səbəb nədir, yoldaş Bağırov?

 Susdu...dərin baxışıyla eynəklərini çıxarıb oturacağa söykəndi və "ATAN"- deyə cavab verdi.

 -Nəsə olub atama?

-Yox atan  molla olduğuna görə səni həbs etmişik.Molla övladı və komsomol -bu, məntiqsizdir.

-Yoldaş Bağırov,  Molla Abbas  mənim atamdır,ona görə  canımdan keçməyə  də hazıram , amma atamdan keçmərəm, əmrinizi gözləyirəm cəza nədir hazıram.

Bağırov dərhal ayağa qalxdı.

- Əliabbas, sənin iki yolun var: işindən imtina et  ya atandan imtina et!

 Çox düşünmədən qəti qərar verdim : qol çək çəkdim vəişimdən  azad olundum.

Ucara geri döndüm.

Atama kömək etməyə başladım.

 Dəmir yolunun yaxınlığında yaşadığımıza görə həmişə qatarların qabağına gedərdim.

Sahibsiz, yiyəsiz meyit olan kimi  dəfn  işini üzərimə götürür, maddi hesabımızla atam Molla Abbas mən və bizə qoşulan bir neçə nəfər  o insanları dəfn edirdik.

Validəyinlərini itirmiş uşaqları evimizə gətirərdik,  anam onlara paltar tikər, yemək verər yola salardı.

Mən isə Stalin həyatda olduğu üçün Moskvaya oxumağa gedə bilmədim.

Baxışları insanın ürəyini qopardan,dələn Bağırov məni azad buraxdığına görə hamı heyrətə gəlir və bunu mənə deməyə belə qorxurlar.


Stalinin ölümü xoşbəxtlik gətirdi


1953-cu ilin  soyuq  günlərinin birində  küçədə oxuyan  dinamfonlar birdən  susdu və elan verildi: "Bu gün yoldaş Stalin dünyasını dəyişib".

İçimdə bir sevinc olsa da üzümdə kədər yarandı. Ürəyimdəki qəfəsin içində represiya, sürgün və ölüm qorxusu dolu olan bir bayquş uçdu.İnanırdım ki atamın duaları məni bu qorxu-təlaşdan bir gün azad edəcək".

1953- cü ilə qədər işsiz gəzən Əliabbas Stalinin ölümündən dərhal sonra yenə öz işinə, tutduğu vəzifəsinə qayıdır.

2007- ci ilin iyunun 1-ə qədər (Vəfatınadək ) Ucar rayonunda Böyük vətən müharibəsi əmək və mübariz Qarabağ veteranlar şurasının sədri kimi çalışır.

(Yazının əvvəli http://publika.az/p/19170)

(Davamı var)

Əziz Əlibəyli

14 Mayıs 2014 Çarşamba

Yer kürəsini xilas edən yeganə sirr – (ŞOK FAKTLAR)

Yer kürəsini xilas edən yeganə sirr – (ŞOK FAKTLAR)

13 May 2014 - 22:16       Oxunub: 2260 dəfə

Yəqin ki, əksər adamlar Eynşteynə verilmiş bu sualı yaxşı xatırlayar: üçüncü dünya müharibəsi haçan baş verəcək? 

Alimin suala cavabı konkret olur: “Üçüncünü bilmirəm, amma dördüncüsü dəyənəklə olcaq”.

Əslində Eynşteynin bu sözündə həqiqət ondan ibarət idi ki, üçüncü dünya müharibəsi baş verərsə, nüvə silahına malik dövlətlər qarşılıqlı nüvə zərəbələri ilə üstündə əyləşdiyi budağı kəsəcək. Yer üzərində növbəti təkamülə qədər canlı varlıqdan belə söz gedə bilməycək.

Bəs bunun baş verməmək və yaxud baş vermək ehtimalı nə qədərdir?

ABŞ –ın real olaraq avqustun 6-da “Little Boy”u Hiroşimaya, atmasından sonra həqiqətin iki üzü arasında dilemma yarandı.

Ötən 69 il müddətində təcrübə də onu göstərdi ki, uzun müddət nüvə əldə etmə təhlükəsinin davam etməsinə baxmayaraq, əslində nüvə, atom sənayesi ölkənin əsas təhlükəsizlik qarantı olmaqla yanaşı sülhün həssas təminatçısı imiş.

Bunu acı da olsa, kifayət qədər faktlarla təsdiq etmək olar:

Yaponiyaya –Hirosima və Naqasakiyə atılmış bombalardan sonra İkinci dünya müharibəsində kəskin dönüş baş verdi.

Asiya, Sakit okean cəbhəsində Yaponiya qəti məğlubiyyətə uğradı. Bu, nəticə əslində daha az itki və daha tez təslimiyyətçiliyi rəsmiləşdirdi.

ABŞ dünya müharibəsinin gedişinə nüvə silahına malik olmaqla dünyada üstünlüyünü də qəbul etdirmiş oldu.

Amma, 1949-cu ildə SSRİ-nin bu silaha sahib olmasıABŞ-ın təkdünya arzularını gözündə qoydu. İki nüvə dövləti real güc paylaşımını yaratdı. Bu balans sonralar da ümumdünya sülhünün əsas atributu oldu.

Məhz bundan sonra, ABŞ və SSR heç zaman aktiv hərbi əməliyyatlarda birbaşa üz-üzə gəlmədilər.

Cuban missile crisis- Növbəti qurtuluş

1962-ci ilin məşhur Kuba böhranı bir daha dünyanın dəyənək dövrünə getməsindən saxlaya bildi.
Nikson və Xuruşşovun Türkiyə və Kubada anlaşa bilməməsinin acısını bütün dünyanın ödəməli olduğunu artıq hər kəs başa düşmüşdü.

Səudiyyədə səcdə gedənlərdən tutmuş kilsədə xaç  çəkənlərə qədər –hər kəs sonu gözləməyə davam edirdi.

Amma bir də iki nöqtədə-Kreml və Ağ evdə əlini sadəcə düyməyə basamaq üçün əmr gözləyən iki insan vardı.

Son addımı heç kim atmadı.

Çünki qlobal fəlakətin özündən də yan keçməyəcəyini hər biri anlamamış deyildi.

İllər sonra, baş vermiş Koreya, Vyetnam, Əfqanıstam müharibələri iki nüvə dövlətinin “avtomatlar”la savaşından o tərəfə getmədi.

Rusiya niyə dağılmadı?

Bjezinskinin də dediyi kimi vahid dünya evinin yaranması üçün SSRİ- dağıdıldı. Amma burda daha fərqli bir situasiya meydana çıxdı.

Rusiya dağılacaqmı?

Böyük nüvə arsenalına malik güclü SSRİ-nin xarabalıqları altında boy atan zəif Rusiyanın nazı ilə oynamaq daha asan idi, nəinki, Rusiyanın yerində yaranacaq 30 yaxın dövlətlə mübarizə aparıb, nəzarət etmək.
Dəqiq sərhədləri olmayan, potensial münaqişə ocaqları olan federasiyaların problemi ən asan yolla həlli təbii ki,əlində olan nüvə silhaı olacaqdı.

Nüvə nöbvbəti dəfə Rusiyanı xilas etməklə, dünyanın da ölüm hökmünün vaxtından əvvəl verilməsnini qarşısını ala bildi.

60-ci illərdən sonra bir sıra dövlətlər bu və ya başqa yolla nüvə silahına sahib ola bildilər.

Rəsmi:

- Amerika Birləşmiş Ştatları. 2009-cu ilin yanvarına olan məlumata görə, bu dövlət əksər hissəsi strateji təyinat daşıyan 7900 nüvə başlığına sahibdir. Praqada etdiyi çıxışında ABŞ prezidenti Barak Obama strateji planda nüvə arsenalının sıfıra endirilməsini qarşılarına məqsəd olaraq qoyduqlarını bildirib.

- Rusiya Federasiyası. Bu ölkə təqribən 14 min nüvə silahı vahidinə sahibdir. Amma bu rəqəm daha böyük olar bilər və rəsmi olaraq dəqiq statistikanı Rusiyanın özündən başqa heç kim bilmir, çünki taktiki silahların sayı barədə konkret rəqəm yoxdur. Nüvə başlıqlarının sayına gəlincə, 2009-cu ilin yanvarına olan məlumata görə, Rusiya 1991-ci ildə razılaşdırılmış ixtisarlardan sonra hazırda 3909 ədəd nüvə başlığına sahibdir.

- Fransa. 2008-ci ilin məlumatına görə, Fransa 400-dən artıq nüvə başlığına sahib olub, amma həmin il prezident Nikola Sarkozi bu arsenalın 290 nüvə başlığınadək azaldılacağını bildirmişdi. 2008-ci ilin sentyabrında ixtisarlardan sonra ölkənin nüvə arsenalı 300 nüvə başlığı həcmində elan edilmişdi. Ölkə prezidenti sualtı raket arsenalını isə bütünlüklə ləğv edəcəklərini açıqlayıb.

- Böyük Britaniya. Birləşmiş krallığın nüvə arsenalı təqribən 200 nüvə başlığı həcmindədir və bu arsenal 4 ədəd nəhəng «Avanqard-klass» sualtı qayıqlarda döyüşə hazır vəziyyətdədir. Bu qayıqlardan ikisinin 2024-cü ildə ləğvi nəzərdə tutulur. Digərlərinin isə yeni nüvə sualtı qayıqları ilə əvəzlənməsi planı işlənməkdədir.

- Çin Xalq Respublikası. Bu dövlətin nüvə arsenalı 250 strateji və taktiki nüvə silahı vahidindən ibarətdir. Amma ölkənin «nüvə çəkisi»ni artıran faktor ondan ibarətdir ki, Çin daha böyük nüvə arsenalının istehsalı üçün tələb olunan «atom yanacağı materialları»na malikdir. Ölkə beynəlxalq sazişlərə qoşulmaqla nüvə silahından qeyri-nüvə dövlətlərinə qarşı istifadə etməyəcəyi barədə öhdəlik götürüb.

Bəyan edilmiş:

- Şimali Koreya. Bu dövlət 2005-ci ildə nüvə proqramlarından imtina etdiyini bəyan etsə də, sonradan bu öhdəlikdən boyun qaçıraraq 2006-cı ilin oktyabrında və 2009-cu ilin mayında nüvə qurğularının sınağını həyata keçirib. Ölkə öz nüvə ambisiyalırını məhdudlaşdırmaqla bağlı Cənubi Koreya, Çin, Yaponiya, Rusiya və ABŞ da daxil olmaqla altıtərəfli danışıqlardan imtina edib. Ekspertlər əmindirlər ki, Şimali Koreya 6-8 aralığında atom bombası üçün tələb olunan həcmdə plutonium istehsal etməyə nail olub.

- Hindistan. Bu dövlət rəsmi olaraq özünü nüvə dövləti elan edib. Ehtimal edilir ki, Hindistan ən azı 100 ədəd nüvə başlığı üçün tələb olunan həcmdə plutonium hazırlaya bilib. 2007-ci ilə aid məlumatda isə Hindistanın artıq təqribən 50-60 ədəd nüvə başlığı quraşdırdığı açıqlanıb.

- Pakistan. Nüvə dövlətlərinin siyahısında yer alan yeganə müsəlman dövləti olan Pakistan 580-800 kq aralığında zənginləşdirilmiş urana sahibdir ki, bu da təqribən 30-50 ədəd atom bombasının hazırlanması üçün yetərlidir. Artıq müəyyən sayda raket qurğularının quraşdırıldığı da bəllidir. ABŞ-ın yaydığı məlumatlara görə, Pakistanın nüvə materiallarını, elmi ekspertizaları və texniki avadanlıqları əldə etməsinə Çin yardımçı olub. Qərb ekspertlərinin fikrincə, Pakistanda qiyamçı qüvvələrin nüvə raketi və ya atom materiallarını ələ keçirmək imkanları var ki, bu da dünya üçün təhlükə mənbəyidir. Hindistan və Pakistan dövlətlərinin heç biri nüvə silahını yaymamağa dair sazişi imzalamayıblar.

Bəyan edilməmiş:

- İsrail. Bu dövlətin önəmli həcmdə nüvə arsenalına sahib olduğu bildirilsə də, ölkə öz arsenalının həcmi ətrafında çaşdırıcı manevrlərlə qeyri-müəyyənlik siyasəti yürütməkdə davam edir. Ölkənin Dimona reaktorunun plutonium istehsalat gücünü nəzərə alan ekspertlər əmindirlər ki, İsrail 100-200 aralığında müasir nüvə partlayışı qurğusuna sahibdir. İsrail nüvə silahlarını yaymamağa dair sazişə imza atmayıb, amma bu silahlardan ilk olaraq istifadə edən dövlət olmayacağını bəyan edib. Hazırda Vaşinqton nüvə sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin bu müqaviləni imzalamasını israrla tələb edir.

- İran. Nüvə dövlətinə çevrilməkdə olan ikinci müsəlman dövləti İran İslam Respublikasıdır. Bu ölkə uranın zənginləşdirilməsi proqramını həyata keçirir və bunun enerji istehsalını nəzərdə tutan dinc məqsədlərə xidmət etdiyini bəyan edir. ABŞ rəsmilərinin hesablamalarına görə, hazırkı onilliyin ortalarınadək İran artıq döyüş hazırlığı vəziyyətində nüvə silahına sahib olacaq.


«Nüvə sınaqları bülleteni»nə görə nüvə döyüş başlıqlarının miqdarı 

 
1947
1952
1957
1962
1967
1972
1977
1982
1987
1992
2002
2009
32
1005
6444
26.000
30.893
27.000
25.000
23.000
23.500
12.000
10.600
3.500
0
50
660
4.000
8.339
15.000
25.000
34.000
38.000
25.000
8.600
2.800
  
20
 
270
     
512
512
    
36
     
384
384
    
25
     
400
 
          
100
 
          
200
 
Yekun
32
1.055
7.124
30.000
39.563
40.000
49.000
57.000
63.484
40.000
20.450
 
 


Əziz Əlibəyli

11 Mayıs 2014 Pazar

Şir atasını güllələdən Bağırovu niyə bağışladı? - GİZLİ TARİX(xııı)

Şir atasını güllələdən Bağırovu niyə bağışladı? - GİZLİ TARİX

10 May 2014 - 21:30       Oxunub: 3459 dəfə

Məşədi Mehralının həbsi

Mircəfər Bağırovun Gədəbəy ağalarına qarşı apardığı müharibə demək olar ki, sistemli olaraq həyata keçirilir.

Əvvəlcə, Mustafa ağa aldadılaraq həbs edilir, sonra da bütünlükdə yaqubluların fərd-fərd fiziki məhvini nəzərdə tutan əməliyyatlar aparılmağa başlayır.

Məcid ağanın əmisi oğlu Mustafa ağanın həbsindən sonra Bağırov "otryad"ın bütün qüvvələrini dağlarda mübarizəni davam etdirən Məcid ağaya qarşı səfərbər edir. Bundan qabaq isə, mərkəzdə yaşayan və salamat qalan bir neçə əsilzadənin məhvi də nəzərdə tutulur.

Bunlarda biri də Mustafa ağanın qohumu Məcid ağanın qaynı, Qanlı Allahverdinin oğlu Məşədi Mehralı olur.
Bağırov Məşədinin gec-tez Məcid ağanın qaçaq dəstəsinə qoşulacağını təxmin etdiyi üçün onu qabaqlamağı qərara alır.

Şəkərbəydən sonra Mustafa ağanın yurdunu dağıdaraq ikinci kərə bu tərəflərə dönən qırmızı dəstənin bu dəfə gördüyü boş qalmış evlər olur.

Mehralı onları qabaqlayaraq kəndi tərk etmiş, naməlum istiqamətə yollanmışdı.

Bağırov dəqiq anlamışdı ki, artıq Məşədi Mehralı Məcid ağanın yanında qərar tutub.
Kəndi tərk edib, gedərkən cütçü  Səfər "otryad"ın qabağını kəsir və Məşədi Mehralı olmasa da,əvəzində onun oğlunun yerini bildiyini söyləyir.

Bağırov Mehralının qohumu olan Nadir kişinin evini mühasirəyə alır və Məşədinin  balaca oğlunu-Şiri tutur.
Şiri həbs edən Bağırov  Mehralının üzə çıxması üçün bu vasitədən istifadə etməyə qərar verir.

Şirin həbs olunmasından xəbərdar olan Mehralı  Hacıqasımlı kədində məskunlaşır və oğlunun qaçırılması üçün tədbirlər görməyə başlayır.

Məhəmməd oğlu Müslüm kişinin evində gizlənən Məşədi Mehralı xəyanət nəticəsində düşmənlə baş-başa gəlir.

Müslümün  evini mühasirə edən Bağırov onun təslim olmayacağı təqdirdə oğlunu güllələyəcəyini elan edir.
Məşədi Mehralı saxlandığı yeri tərk edir və silahını qoyaraq təslim olur.

Balaca oğlunun ölməməsi üçün təslim olan Məşədi dağlarda mübarizə aparan qohumlarına arxayın olaraq həbsdə gözləməyi üstün tutur.


Məşədi Məhkəmədə


Qısa müddətdən sonra Məşədini hərbi məhkəmə mühakimə etməyə başlayır.

İttihamlar ağır və çox olur. Aylarla ÇEKA zirzəmilərində işkəncə verilən, dırnaqları sökülən Məşədi nəinki, peşiman olaraq təslim olur, əksinə kinini nifrətini, Stalinə və Sovet hökumətinə olan düşmənçiliyi açıq-aşkar ifadə edir.

Antosovet düşməni, QULAQ, kəndliləri istismar etməkdə günahlandırılan Məşədi Mehralı nə az,nə çox 25 illiyə Sibirin insanyaşamaz qarlı çöllərinə sürgün edilir.

Məhkəmədə son  söz söyləmək üçün o, bütün şansını istifadə edir.
Bağırova müraciətində, 25 illik sürgündənsə, ən böyük arzusunun güllələnmə iləəvəz olunmasını istədiyini deyir.

Xahiş nəzərə alınır, hökm dəyişdirlir və Məşədi Mehralı güllələnmə ilə cəzalandırlır.

Beləcə, Mustafa ağanın və dağlarda döyüşən Məcid ağanın daha bir yaxının fiziki məhvinə nail olurlar.


Şir Bağırovun məhkəməsində

12-26 aprel 1956-cı ildə Bakıda Şəhriyar adına sarayda Mircəfər Bağırovun məhkəməsi təşkil edilir.

Uzun illər hakimiyyətdə olmuş Bağırovdan narazı qalan kim varsa hamısını istintaq prosesinə cəlb edirlər.
Zərərçəkmişlər arasında atası  güllələnən Sultanov Şir Mehralı oğlu  da var idi.

Atasının qatili ilə bağlı çıxış etmək üçün söz Şirə verildikdə o bütün zalı şoka salacaq sözlər söyləyir:
"Kaş,Bağırov qədər hamınızda qeyrət olaydı,Sən,düz etmisən, Bağırov. Düşəmən düşməni  məhv də edər, bağışlayar da. Məşədi Mehralı əsl kişi kimi öldü, Burda isə sizin günahınız yox idi, günahkar zaman idi ki, belə hökm vermişdi ".

Bütün zal susur. Sükutu pozmağa heç kimin cəsarəti çatmır. Prosesə sədrlik edən Rudenko həyatında ilk dəfə düşmənin tərəfini saxlayan adamın nitqindən təəccüblənir. 

Bu sükutu isə Bağırovun səsi pozur: "Mehralı da şir idi, Sən isə şirin oğlu Şirsən".

Şirin əslində üstüortülü şəkildə bolşevizmi ittiham edərək, Mircəfəri müdafiə etməsi proses iştirakçılarının xoşuna gəlmir və çılğın gənc cəld bir şəkildə salondan kənarlaşdırılır.

Ümimi gedişatın əlehinə çıxış edən gəncin nitqi isə prosesin mətninə salınmır.
Bağırov güllələnmə ilə "mükafatlandırılır".


(Ardı var)


Əziz Əlibəyli

Gəncə qubernatorunun beşayaqlı at sevgisi - GİZLİ TARİX()xıı

Gəncə qubernatorunun beşayaqlı at sevgisi - GİZLİ TARİX

4 May 2014 - 09:33       Oxunub: 2252 dəfə

Doğmalar arasında ögey həyatı

40-50 ci illər də  Mustafa ağanın törəmələri üçün ağrılı keçməyə davam edir. KULAQ  uşaqları xalq düşməni kimi quruluşun bütün təsisatlarından kənarda saxlanılır, daim nəzarət altında hərəkətlərinə göz qoyurlar. Hətta, partiyanın kənd iclasları zamanı heç birini kolxoz binasına girməyə  qoymurlar.

Uzun müddət alçadıcı, təhqiramiz münasibət davam edir. Ən pisi də o idi ki, bunu ayri-seçkiliyi hansısa Rusiyadan gəlmiş İvan, Aleksey deyil,yerli əhalidən olan, ata-babası Mustafa ağa ilə çörək kəsmiş adamlar edirlər.

Mustafa ağnın oğlunu kəndin bütün ictimai işlərindən kənarda saxlamaqla yanaşı ounla salam-sağolda olan bütün şəxsləri nəzarətə alır və qorxudurlar.

Beləcə, hər günü imkan vermədən düşmən obrazında yaşamağa məhkum edilmiş insanın səbr kasası daşır.
İş o yerə çatır ki, yaxın qohum -qardaşı belə Sultan kişiyə baş çəkməyə gedə bilmir.

Günlərin birində Kolxozda rayonunun ı katibinin iclası olur.

Nə qədər çalışsalar  da Sultan kişin içəridən çıxara bilmirlər.Katib çıxışından sonra kəndlilərin suallarına cavab verir və problemləri ilə maraqlanmağa başlayır.

Sultan kişi qabağa çıxır. I Katibin  sus işarəsi ilə hər kəs sakit olur.

Sultan kişi bütün çətinliyi, ölümü gözünün önünə alır, ona qarşı edilən haqsızlıqları birbaşa, heç kəsdən çəkinmədən söyləyir.

Hər kəsin Sultan kişinin cəzalandırılacağını gözlədiyi anda I Katib fərqli qərar verir:
Sultan kişi Kolxoza üzv olmalıdır, özü də briqadir təyin edilir.

Uşaqlığını Mustafa ağanın qapısında nökərçiliklə keçirən birinci katib hörmətinin əvəzini bu yolla ödəmiş olur.


Beşayaqlı at


Keçən yazılarımızda Mustafa ağnın qardaşı olan Şəmil ağanın oğlu Siyaş bəy haqqında da bəhs etmişdik.

Cavan yaşlarında dünyasını dəyişən Şəmilin yurdundan cəmisi bircə uşaq qalır o da balaca Siyaş olur.

Uşağı himayəsinə alan Mustafa ağa onun yetkin insan olaraq ortaya çıxmasında müstəsna rol oynayır.
Balaca Siyaşa atasından yadigar cəmisi bir at qalır.

Atın qəribəliyi ondan ibarət idi ki, onun beş ayağı olub və qara rəngə malik olan at xüsusi cinsdən hesab edilirmiş.

Beşayaqlı atın sorağı bütün Gəncəbasarı bürüyür. Atın balalarını əldə etmək üçün üzü Gəncəyə qədər müştəriləri meydana çıxır. Ətək-ətək pul təkil edən ki, atı oğurlamağa çalışan kim...

Atın daha bir balası Məcid ağanın məşhur qara atı olub. Daha birisi isə Mustafa ağanın mindiyi at olub. Hansı ki, dağ cüssəli, başı buldlara çatan Mustafa ağa o zamana qədər hansı ata minirmişsə, atın beli ağırlığa davam gətirməyib sınır.

Beşayaqlı madyanın sorağı Gəncə qubernatoruna çatır.

Bir dəstə dövlət atlısı Mustafa ağanın qonağı olur. Qubernatorun atı  hansı məbləğə desə alacağını söyləyirlər.

Mustafa ağa isə yaxşı bilir ki, Siyaş atını özündən də çox istəyir. Mustafa ağa isə  uşağın qəlbini qırmaq istəmir və onları Siyaşla görüşdürür. Siyaş isə atını verməkdən imtina edir.

Bu dəfə qubernator Mustafa ağanı Gəncəyə çağırır.
Atı  gətirməyi ona həvalə edir.

Mustafa ağanın sözündən çıxa bilməyən Siyaş məşhur beşayaqlını qubernatorun əsgərlərinə təhvil verir.
Uzun zaman başı qarışıq olan Mustafa ağanın Siyaşdan xəbəri olmur.

Əmisinin sözündən çıxa bilməyən və atını qubernatora göndərən uşağı huşsuz halda çayqırağında tapırlar. Bəxtindən daşqın sel  onu aparmayıb, sahildəkı daşlığa atıbmış.

(Yazının əvvəli üçün link http://publika.az/p/17082)

Əziz Əlibəyli

(Davamı var)


KQB sonuncu ağanı necə güllələdi? - GİZLİ TARİX (xı)

KQB sonuncu ağanı necə güllələdi? - GİZLİ TARİX

27 Aprel 2014 - 09:32       Oxunub: 3504 dəfə

Bir şəklin tarixçəsi

Yetmişinci illərdə Zaqatalada  maraqlı bir hadisə baş verir. Mustafa ağanın uşaqlarından olan Sultan kişi Zaqatala bazarına kartof satmağa gedir.

Rayon bazarında məskən salan Sultan kişi piştaxtasının qabağına "Gədəbəy" sözü yazılmış karton parça asır. Axşam çağı onun yanına qırmızıyanaq bir ləzgi kişisi yanaşır.

Asta səslə ondan həqiqətən də Gədəbəydən olub -olmadığını soruşur. Sultan kişi başı ilə ordan  olduğunu təsdiq edir.

Ləzgi ondan Yaqublu kəndini tanıyıb- tanımadığını soruşur.
Cavabından razı qalan zaqatalalı ona təəccüb doğuran bir sual da verir:

-Mustafa ağanı tanıyırsanmı?
İllər uzunu başı qovğadan, problemdən qurtarmayan Sultan kişi suala birbaşa cavab verə bilmir.
Bir az düşündükdən sonra qərara alır ki,  onu tanımadığını desin.

Bundan sonra, Ləzgi təəssüflə bildirir ki, atası  Mustafa ağa ilə birgə Çar dövründə iş yoldaşı olub.
Bu sözləri eşitdikdə Sultan kişi tanışlıq verir və məlum olur ki, ləzgi Mustafa ağanın iş yoldaşı, dostu Muradın oğlu imiş.

Mustafa ağadan qalan yeganə şəkli də məhz onun törəmələrinə ləzgi Muradın oğlu verir.
Tarixi acı həqiqət o ndan ibarət idi ki, qohumlarında belə heç kəs Mustafa ağanın şəklini saxlaya bilməmişq orxularından cırıb atmışdılar.

Siyaş bəyin sonu

Mustafa ağa xanədanından yegnə qalan bu şəkildəki ortada dayanan uşaq Mustafa ağanın qardaşı Şəmil bəyin oğlu Siyaşdır.

Mustafa ağanın həbsindən sonra Şura hökuməti  hələ uşaq olan Siyaşa toxunmur. Otuzuncu illərə qədər kimsəsiz yaşayan bəy oğlu artıq yetkinləşən vaxt  yada düşür və elə problemlər də bundan sonra meydana çıxır.
QOLÇOMAQ oğlu olması və hər yandan onu  bir cüt öküz kotanınna satacaq bir insanın varlığı Siyaş üçün əsl təhlükə idi.

Mustafa ağanın ölmündən sonra təkbaşına qalan Siyaş bir müddət sonra Türkiyəyə getmək üçün təklif alır.Mustafa ağanın dostu olan Murad bəy gecəninn birində onu aparmaq üçün evlərinə gəlir.
Nə qədər dilə tutsa  da Şəkərbəyi tərk etməyən Siyaş  bəlkə də  bu addımı ilə könüllü olaraq ölmünə imza atdığını bilmir.

Sovet hökuməti  Siyaşı uşaqlığına bağışlasa da onun böyümək üçün zaman vermişdi. 1932-ci ildə qəflətən ÇEKA atlıları Şəkərbəyə basqın edir. Siyaş həbs edilir. Məhkəmə onu xalq düşməninin qardaşı oğlu olduğu
üçün ona nisbətən yüngül “15 illik həbs” cəzası kəsir.

Bayılda ölüm düşərgəsi

Bayıl türməsinin dəhşətli əzablarından alnıaçıq çıxan bəy oğlunun yaxasından əl çəkmirlər.
DTK tərəfindən ələ alnınmış bir neçə şəxs gecənin birində ona hücum edir.

Şahidlərin dediyinə görə, qanlı çarpışmadan xəbər tutan və səsini eşidən həbsxana rəhbərliyi  dava-dalaşa müdaxilə etmir və işin sonunu gözləyir.

Uzu bir müddətdən sonra nəzarətçi  gəlib qapını açdıqda  gördüyü mənzərədən təəccüblənir: Siyaş üç nəfəri qanına-qəltan edib, yan-yana düzərək tamaşa edir.

Çoxdan idi ki, Siyaşın fiziki məhvinə çalışan  həbsxana rəhərliyinin əlinə imkan düşür.Üç saatlıq "Troyka"məhkəmənin sonu güllələnmə qərarı ilə bitir.

Mustafa ağanın nəslindən sağa qalan sonuncu ağanın da taleyi burda başa çatır.

(Əvvəli burda http://publika.az/p/16153)
Davamı var 

Əziz Əlibəyli

Arvadına görə atasını güllələdi - GİZLİ TARİX(x)

Arvadına görə atasını güllələdi - GİZLİ TARİX

20 Aprel 2014 - 20:55       Oxunub: 3047 dəfə

Allahyar bəyə kişilik dərsi

Mustafa ağa uzun müddət "Şah Talasında" Məcid ağanın yanında qonaq qalır. Xeyli əvvəl, atasının ölümündən sonra  onun yurdunu tapdalayıb, sahib çıxan Allahyar bəyi  aynalı tüfənginin qonağı etmək üçün üzü Şəkərbəyə tərəf yol alır. Bu köçün başında özü, Məcid ağa və çoxlu sayda qohum-qardaşdan ibarət silahlı dəstə irəliləyir, arxadan isə, mal-qara köçü yoladavam edir.

Allahyar bəy Yelzavetpol Qubarnatoru tərəfindən Tovuzqarışıq nümayəndə təyin olunduğu "Xınna dərəsi"nə və ona yaxın olan bütün kəndlərin yaylaq yerlərinə  sahib olaraq ortaya çıxır.
Və bu gün onun yatıb-qalxdığı yaylaq- kənd yeri  Yaqub ağanın ölmündən sonra boş qalmış Şəkərbəy kəndi idi.
Allahyar bəy gecədən  hücum xəbərini almışdı. Dağların ətəyində yerləşən Şəkərbəy  kəndi dik qaya başında məğrurla dayanmış sərt canavara bənzəyirdi.

Bu yalquzaq təslim olmağı deyil, hücuma doğru hücum etməyi qarşısına məqsəd qoymuşdu. Dan üzü, bütün Şəkərbəyə doğru çıxan yolllarda, hər kol dibində, hər qaya başında bir əli silahlı Mustafa ağanı ata yurdunda məhv etməyi düşünür.
Köç kəndi keçib yaylaq yerinə vardıqdan sonra da, heç kim görünmür. Allahyar bəy kələk gəlmişdi. Mustafa ağanı dostları ilə birgə mühasirəyə salmış və məhv etmək üçün yetişəcək ləzzət dolu anı gözləyir.
Həyətin ortasında dayanan  Mustafa ağa çox da  gözləməli olmur.
Allahyar bəy əlində naqan birbaşa ona tərəf irəliləyir.

Ona kişilikdən dəm vuran bəy ağanı sözü ilə tərkislah edəcəyinə əmin idi.
Amma, cavan, dəli-dolu ağanı başa salmaq üçün onun bicliyi və təcürbəsi yetmədi  olmur.

Qısaca, dialoqdan sonra atdan düşən Mustafa ağanı qəzəbi şahə qalxır.Silahını kənara ataraq Allahyar bəyin üstünə şığıyır, əl atıb bəyin boğazında keçən şah damarını dartıb bayıra çıxarır.

Allahyar bəy səhvinin qurbanı oldu. Silahlıları isə başçılarının məhvindən sonra təslimin  daha ağıllı seçim olacağını anlamışdılar.
Artıq, Mustafa ağa Şəkərbəyin sahibi idi, gecədən xeyli keçənə qədər qələbə sədaları davam edirdi.



Atasını güllələdi...

Qara Musanın adı gələndə  "Şah Talası"nda qorxusundan gizlənməyən adam qalmazmış.
O, dəhşətli repressiyanın əzablarını öz üstündə təcrübədən  keçirmiş adam idi. İndinin özündə də onun haqqında danışanlar Musanın sifətini yaddan çıxarmadıqlarını deyirlər. Dəhşətli dərəcədə qorxunc simaya malik olan bu adamın həyatı da qara rənglərlə dolu olub.

Olduqca əsəbi olması başından bir an da,  olsa bəlanı əskik etməyib. Yerli əhalidən tutmuş - rus əsgərlərinə qədər divan tutmadığı adam qoymayıb.

Musa Mustafa ağanın əmisi oğlu olan Məcid ağanın  bacısı oğludur.
Sözünün üstünə söz deyəcək olan adamı yerindəcə güllələyir.
Atasına qarşı etdiyi əməl isə onun bütün işlərinin ən qeyri-adisinə çevrilir.

Bir gün evə daxil olan Musa atasının onun həyat yoldaşını söyməsini eşitdikdə qəzəblənir.Kişini məzəmmət  edir ki, söyməsin. Bu dəfə hədəf özü olur.
Əsəbiləşən qara Musa tüfəngi çevirib kişini güllələyir.

Güllə səsinin əks-sədası bütün "Şah Tala"sını bürüyür. Bir addımlıqda olan Məcid ağa güllə səsinə Musagilə yüyürür.

Musa isə atasını güllələdikdən sonra  Məcid ağanın onlara tərəf gəldiyini görüb,arxa qapıdan evi tərk edir.
Məcid ağa otağa daxil olanda artıq Musanın atası canını tapşırmış olur.

Bütün nəsil yığışır, yaqubluların axtarmadığı  yer qalmır, amma Musa tapılmır.

Kişinin yeddi mərsimi verilir və hər kəs  evinə-eşiyinə yığışır.
Məcid ağa isə  uzun müddət Musanı axtarsa da tapa bilmir.

Bir gün otağında əyləşib Musa haqqında düşünən Məcid ağa gözlənilməz hadisənin şahidi olur.
Otağın qapısı döyülmədən açılır, Musa əlində silah dayısına tərəf qaçır. Bir adımlığına çatanda diz çökür.
Silahını, patrondaşını yerə töküb, bağırır:
Öldür  məni, dayı!

Bir həftədən artıqdır ki, həqiqətən də Məcid ağanın öldürmək üçün axtardığı Qara Musa ortaya çıxmış,üstəlik ölümünü də xahiş edirdi.

Məcdi ağa heyrətə düşür.Qarşısında fələyin belə əyə bilmədiyi əjdahayabənzər  adamın ikiqat olması onu fikrindən daşındırır.

Əli ilə işarə edir, Musa  ayağa qalxır.
Məcid ağa Musaya deyir:
-Səni öldürmürəm, amma sualıma kişi cavabı ver.Bir həftə idi harda gizlənmişdin?

Qara Musa atasını öldürən kimi ağlına gələn ən təhlükəsiz yer elə Məcid ağanın evinin damı imiş.

Kişi qaçıb burda gizlənir və evdə adam olmayan kimi xəlvətcə, mətbəxə girir çörək götürüb yuxarı çıxırmış.
Məcid ağa qabağına gələn ölüm arzusunu geri çevirir.

Qara Musa isə əvəzində  SSRİ məhkəməsinin qərarı ilə güllələnə qədər Məcid ağanın silahdaşı kimi yaşayır.
(Yazının əvvəli burda.. http://1937.az/authors/96)

(Ardı var)


Əziz Əlibəyli